Bu gündən Azərbaycanla Çin arasında viza rejimi ləğv edilir
sizinxeber.az xəbər saytı

Bu gündən Azərbaycanla Çin arasında viza rejimi ləğv edilir


Bu gündən Azərbaycanla Çin arasında viza rejimi ləğv edilir.

"Report" xəbər verir ki, viza rejiminin ləğvi Azərbaycan Prezidenti İlham Əliyevin Çinə apreldə dövlət səfəri zamanı imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Çin Xalq Respublikası Hökuməti arasında ümumvətəndaş pasportlarına malik vətəndaşların vizadan qarşılıqlı azad edilməsi haqqında Saziş”ə uyğun olaraq iyulun 16-da qüvvəyə minib.

Sazişə əsasən, Azərbaycan Respublikasının etibarlı ümumvətəndaş pasportlarına malik vətəndaşları və Çin Xalq Respublikasının etibarlı ümumvətəndaş pasportlarına malik vətəndaşları digər ölkə ərazisinə daxil olmaq, oranı tərk etmək və yaxın tranzit keçmək üçün hər səfər ərzində otuz (30) gündən çox olmamaqla və hər yüz səksən (180) günlük dövr ərzində ümumilikdə doxsan (90) gün müddətini aşmamaqla viza tələbindən azad edilir.

Oxşar xəbərlər

Azərbaycanla Çin arasında viza rejiminin ləğvi ilə bağlı saziş gələn ay qüvvəyə minir
Prezident İlham Əliyev Azərbaycanla Çin arasında viza rejiminin ləğvini təsdiqləyib
Bu gündən Mərakeş və Azərbaycan arasında sadələşdirilmiş viza rejimi tətbiq olunur
MM Azərbaycan və Şimali Makedoniya arasındakı viza rejiminin qismən ləğvi ilə bağlı sazişi ratifikasiya edib
Azərbaycan və Çin arasında viza rejiminin ləğvi qarşılıqlı əlaqələri daha da intensivləşdirəcək - RƏY

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər