Xankəndi dəmir yolu gündəlik 800-1 000, avtovağzal isə 1 000-1 200 sərnişinə xidmət edəcək
Xankəndi dəmir yolu gündəlik 800-1 000, avtovağzal isə 1 000-1 200 sərnişinə xidmət edəcək.
Bunu “Sizinxeber.az”un Xankəndiyə ezam olunan əməkdaşına açıqlamasında "Azərbaycan Dəmir Yolları" QSC-nin Kommunikasiya departamentinin İctimaiyyətlə əlaqələr şöbəsinin aparıcı mütəxəssisi Bəxtiyar Hacıyev bildirib.
Onun sözlərinə görə, Qarqar çayının sağ sahilində, 6,4 hektar ərazidə Xankəndi Dəmir Yolu və Avtovağzal Kompleksi tikiləcək:
"Artıq Kompleksin layihələndirilməsi işlərinə başlanılıb. Beşmərtəbəli kompleksin ərazisində 2 dəmir yolu platformasının və 12 avtobus dayanacağının inşası nəzərdə tutulub. Kompleksə çay ətrafında bulvar, körpülər, perron altı keçid daxildir. Bundan başqa, avtomobil dayanacaqları, elektrik avtomobilləri üçün enerji doldurma cihazları, velosiped yolu və dayanacağı nəzərdə tutulub".
B.Hacıyev qeyd edib ki, Xankəndi Dəmir Yolu və Avtovağzal Kompleksi əvvəlki vağzalla müqayisədə şəhər mərkəzinə 4 km daha yaxın məsafədə yerləşir ki, bu da gələcəkdə şəhər sakinlərinin ictimai nəqliyyata əlçatanlığını təmin edəcək.
Ümumilikdə Ağdam-Xankəndi dəmir yolu boyunca Əsgəran və Xocalı stansiyalarının, Xankəndi Dəmir Yolu və Avtovağzal Kompleksinin və digər zəruri infrastrukturun tikintisi nəzərdə tutulur. Bərdə-Ağdam dəmir yolu xəttinin davamı olan Ağdam–Xankəndi dəmir yolu xəttinin uzunluğu 28 kilometrdir. Ağdam–Xankəndi dəmir yolu xətti üzrə layihələndirmə işləri tamamlanıb. Layihənin icra müddəti 2025–2026-cı illəri əhatə edəcək.
Oxşar xəbərlər
Ağdam Avtovağzal Kompleksi 1 000-dək sərnişinə xidmət edəcək
Xankəndi Dəmir Yolu və Avtovağzal Kompleksinin təməli qoyulub
Ağdam avtovağzal və dəmir yolu kompleksinin tikintisi tamamlanır
Ağdam Dəmir Yolu və Avtovağzal Kompleksi vahid nəqliyyat qovşağı kimi fəaliyyət göstərəcək - FOTO
İlham Əliyev Xankəndi Dəmir Yolu və Avtovağzal Kompleksinin təməlini qoyub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İstifadə edilməmiş məzuniyyətə görə nə qədər PUL VERİLİR? VACİB MƏQAM
-
May ayında Bakıda belə yağışın yağmasını xatırlamıram
-
2030-cu ilə qədər kənd təsərrüfatı sahəsinin inkişafına dair yeni Dövlət Proqramı təsdiqlənib
-
"TikTok" və "YouTube" Böyük Britaniyada uşaqlar üçün təhlükəli hesab olunub
-
Bakı-Tbilisi qatarının sərnişinlərinin NƏZƏRİNƏ
-
Azərbaycanda aqrar informasiya-məsləhət sistemi formalaşdırılacaq
