Click to Pay with Visa — Epoint-də onlayn checkout üçün - Yeni standart
Epoint, Visa ilə tərəfdaşlığı çərçivəsində Visa Acceptance Platform vasitəsilə Click to Pay texnologiyasını istifadəyə verib. Yeni həll onlayn ödəniş prosesini daha sürətli, daha təhlükəsiz və daha rahat edərək, istifadəçilərə hər dəfə kart məlumatlarını yenidən daxil etmədən checkout prosesini daha sürətli tamamlamağa imkan yaradır.
Click to Pay with Visa kontaktssız ödənişlərə bənzər rahat və maneəsiz onlayn checkout təcrübəsi təqdim edir, lakin rəqəmsal ticarət üçün. Bu texnologiya istifadəçilərə email ünvanı və ya mobil nömrə, həmçinin tələb olunduqda birdəfəlik təsdiq kodu vasitəsilə qeydiyyatdan keçmiş kartlarına təhlükəsiz şəkildə giriş imkanı yaradır.
Click to Pay with Visa üstünlükləri:
Bu xidmət güclü təhlükəsizlik və təkmilləşdirilmiş ödəniş performansını birləşdirərək rəqəmsal ticarətdə təhlükəsiz dəyər təqdim edir. Tokenləşmə vasitəsilə Click to Pay with Visa fırıldaqçılığı azaltmağa, manual məlumat daxil etmə səhvlərini minimuma endirməyə və tranzaksiyaların təsdiqlənmə göstəricilərini artırmağa kömək edə bilər.
Click to Pay with Visa inteqrasiyası Epoint-in istifadəçi təcrübəsini yaxşılaşdıran və bizneslər üçün onlayn satışları artıran innovativ ödəniş həlləri təqdim etmə strategiyasının bir hissəsidir.
“Click to Pay with Visa texnologiyasının Epoint platformasında istifadəyə verilməsi bizim üçün onlayn ödənişlər sahəsində növbəti mühüm addımdır. Məqsədimiz həm istifadəçilər, həm də bizneslər üçün qlobal ödəniş standartlarına uyğun daha sürətli və təhlükəsiz ödəniş infrastrukturu təqdim etməkdir,” — deyə Epoint şirkətinin baş icraçı direktoru (CEO) Zeynal Kərimzadə bildirib.
“Azərbaycanda e-commerce inkişaf etdikcə istehlakçılar və bizneslər onlayn ödənişlərin mümkün qədər sürətli, təhlükəsiz və rahat olmasını gözləyirlər. Click to Pay with Visa əlavə maneələri aradan qaldıraraq və tokenləşmə vasitəsilə təhlükəsizliyi artıraraq rəqəmsal checkout üçün yeni standart təqdim edir. Epoint ilə tərəfdaşlığımız qlobal ödəniş innovasiyalarını yerli bazara gətirmək və etibarlı, müasir rəqəmsal ticarət ekosisteminin inkişafını dəstəkləmək üzrə ortaq öhdəliyimizi əks etdirir,” — deyə Visa şirkətinin Azərbaycan üzrə ölkə rəhbəri Nurlan Hacıyev bildirib.
📌 Ətraflı məlumat üçün:
🌐 epoint.az
📞 +99470 242 99 66
✉️ [email protected]
Oxşar xəbərlər
Epoint, VISA Payment Facilitator statusunu əldə etdi! - FOTO
Mobile POS — Biznesiniz üçün Mobil POS-terminal - FOTO
Epoint-da Pulqabı ödənişləri! Bütün ödənişlər bir yerdə
Birbank Visa taksit kartı sahibləri üçün onlayn alış-verişlərdə əlavə keşbek imkanı yaradır
Rabitəbank “Garmin Pay” təmassız ödəniş həllini istifadəyə verib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İstifadə edilməmiş məzuniyyətə görə nə qədər PUL VERİLİR? VACİB MƏQAM
-
May ayında Bakıda belə yağışın yağmasını xatırlamıram
-
2030-cu ilə qədər kənd təsərrüfatı sahəsinin inkişafına dair yeni Dövlət Proqramı təsdiqlənib
-
"TikTok" və "YouTube" Böyük Britaniyada uşaqlar üçün təhlükəli hesab olunub
-
Bakı-Tbilisi qatarının sərnişinlərinin NƏZƏRİNƏ
-
Azərbaycanda aqrar informasiya-məsləhət sistemi formalaşdırılacaq
