ING: Bu il Azərbaycanın xarici balans və fiskal göstəriciləri yaxşılaşacaq
sizinxeber.az xəbər saytı

ING: Bu il Azərbaycanın xarici balans və fiskal göstəriciləri yaxşılaşacaq


Beynəlxalq maliyyə qrupu ING Azərbaycanın bu il yüksək neft qiymətlərindən faydalanaraq xarici və fiskal göstəricilərini yaxşılaşdıracağını proqnozlaşdırır.

APA-Economics” xəbər verir ki, ING Yaxın Şərqdəki gərginlik və Hörmüz boğazı ətrafında davam edən risklər fonunda 2026-cı il üzrə neft qiyməti proqnozu 93 ABŞ dolları/barelə yüksəldilib. Bu vəziyyətdən ən çox faydalanan ölkələr sırasında Azərbaycanın adı çəkilir.

ING-nin qiymətləndirməsinə görə, yeni neft ssenarisi şəraitində Azərbaycanın cari əməliyyatlar hesabının profisiti bu il ÜDM-in 9-10%-nə çata bilər. Eyni zamanda, konsolidə edilmiş büdcə profisitinin ÜDM-in 4%-nə yüksələcəyi gözlənilir.

Hesabatda qeyd olunur ki, Azərbaycan idxal olunan inflyasiya risklərinə məruz qalsa da, digər MDB ölkələri ilə müqayisədə daxili inflyasiya təzyiqləri daha zəifdir. Bunun əsas səbəbi iqtisadi artımın aşağı səviyyədə qalmasıdır.

ING xatırladır ki, 2026-cı ilin birinci rübündə Azərbaycanın ümumi daxili məhsulu illik müqayisədə 0,3% azalıb. Qurum il üzrə iqtisadi artımın aşağı birrəqəmli səviyyədə olacağını gözləyir.

Oxşar xəbərlər

“Fitch": Azərbaycanın cari əməliyyatlar hesabının profisiti 2025-2026-cı illərdə 6%-dən yüksək olacaq
IMF 2028-ci ilədək Azərbaycanın cari əməliyyatlar hesabının profisitinin qorunacağını proqnozlaşdırır
ING: Neftin bahalaşması Azərbaycanın makroiqtisadi göstəricilərini əhəmiyyətli dərəcədə artırır
ING: Azərbaycanın cari əməliyyatlar hesabının profisiti 2026-cı ildə ÜDM-in 10 %-ni təşkil edə bilər
ADB Azərbaycanın tədiyyə balansı üzrə 2026–2027-ci illər üçün proqnozlarını açıqlayıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər