Azərbaycan apreldə "OPEC+" kvotasından gündəlik 83 min barel geri qalıb » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
14 
may
2025
17:00

Azərbaycan apreldə "OPEC+" kvotasından gündəlik 83 min barel geri qalıb

14 may, 2025
17:00
360

Azərbaycan apreldə "OPEC+" kvotasından gündəlik 83 min barel geri qalıb

Bu ilin aprel ayında Azərbaycanda gündəlik neft hasilatı orta hesabla 468 min barel təşkil edib.

"Report" bu barədə OPEC-in aylıq hesabatına istinadən xəbər verir.

Məlumata görə, ötən ay Azərbaycanda gündəlik neft hasilatı mart ayı ilə müqayisədə eyni qalıb.

Hesabata əsasən, "OPEC+" razılaşması çərçivəsində Azərbaycanın bu il üçün gündəlik neft hasilatı kvotası 551 min barel olduğu halda, apreldə faktiki hasilat 83 min barel geriləyib.

Qeyd edək ki, bu ilin birinci rübündə Azərbaycanda gündəlik neft hasilatı orta hesabla 469 min barel təşkil edib.

2024-cü ildə ölkədə gündəlik neft hasilatı orta hesabla 482 min barel olub.

Bizimlə əlaqə saxlayın