Azərbaycan fevralda "OPEC+" kvotasından gündəlik 75 min barel geri qalıb » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
12 
mar
2025
17:30

Azərbaycan fevralda "OPEC+" kvotasından gündəlik 75 min barel geri qalıb

12 mar, 2025
17:30
851

Azərbaycan fevralda "OPEC+" kvotasından gündəlik 75 min barel geri qalıb

Fevral ayında Azərbaycanda gündəlik neft hasilatı orta hesabla 476 min barel təşkil edib.

"Report" bu barədə OPEC-in aylıq hesabatına istinadən xəbər verir.

Məlumata görə, ötən ay Azərbaycanda gündəlik neft hasilatı yanvar ayı ilə müqayisədə 9 min barel və ya 1,9 % çoxdur.

Hesabata əsasən, "OPEC+" razılaşması çərçivəsində Azərbaycanın bu il üçün gündəlik neft hasilatı kvotası 551 min barel olduğu halda, fevralda faktiki hasilat 75 min barel geriləyib.

2024-cü ildə ölkədə gündəlik neft hasilatı orta hesabla 482 min barel olub.

Bizimlə əlaqə saxlayın