Xəzər Boru Kəməri Konsorsiumu neft nəqlinin həcmini artırıb
sizinxeber.az xəbər saytı

Xəzər Boru Kəməri Konsorsiumu neft nəqlinin həcmini artırıb


Xəzər Boru Kəməri Konsorsiumu (CPC) sistemi ilə neft nəqlinin həcmi ötən illə müqayisədə artıb.
"Sizinxeber.az"un şirkətə istinadən verdiyi xəbərə görə, bunu CPC-nin baş direktoru Nikolay Qorban idarəetmə orqanlarının Almatıda keçirilən iclasında deyib.

O qeyd edib ki, bu ilin avqust ayının sonuna qədər 43,8 milyon ton xam neft ixrac edilib və Novorossiysk limanından 405 tanker yola salınıb. Ötən il bu göstəricilər müvafiq olaraq 42,7 milyon ton neft və 391 tanker təşkil edib.

İclasda səhmdarlar Xəzər Boru Kəməri Konsorsiumunun maliyyə fəaliyyətinə yekun vurublar.

Xatırladaq ki, CPC neft kəmərləri sistemi Xəzər dənizi hövzəsindən dünya bazarlarına neft nəqli üçün ən böyük marşrutdur. Uzunluğu 1,5 min kilometr olan magistral boru kəməri Qərbi Qazaxıstan yataqlarını Rusiyanın Qara dəniz sahilləri ilə birləşdirir və burada neft CPC-nin dəniz terminalı vasitəsilə tankerlərə yüklənir. Konsorsiumun ən böyük səhmdarları arasında Rusiya (“Transneft”), Qazaxıstan (“Kazmunaigas”) ölkələri, həmçinin “Chevron”, “Lukoil”, “ExxonMobil”, “Rosneft” və “Shell” şirkətləri var.

Oxşar xəbərlər

Bu il “Tengiz” yatağından nəql olunan neftin həcmi açıqlanıb
Azərbaycan I yarımildə magistral neft kəmərlərindən əldə etdiyi gəliri açıqlayıb
Bakı-Tbilisi-Ərzurum boru kəməri ilə nəqletmə 5 %-dən çox artıb
BTC ilə indiyədək 576 mln. ton neft nəql edilib
Səfir: "Qazaxıstan neftinin Bakı-Supsa ilə ötürülməsi tranzit şərtlərindən asılıdır"

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle