“Brent” neftinin qiyməti dörd ilin minimumuna düşüb
London ICE birjasında 2025-ci ilin iyun ayında təhvil verilməsi nəzərdə tutulan “Brent” markalı neftin fyuçers qiyməti 2021-ci ilin aprelin 7-dən bəri ilk dəfə bir barrel üçün 62 dollardan aşağı düşüb.
“Sizinxeber.az” xəbər verir ki, bu barədə hərrac nəticələrindən bəlli olub.
Bakı vaxtı ilə saat 23:17-yə olan məlumata görə, “Brent”in qiyməti 4,01 % azalaraq bir barrel üçün 61,78 dollar təşkil edib.
Saat 23:22-yə “Brent” bir barrel üçün 61,94 dollar (-3,76 %) səviyyəsində hərrac çıxarılıb. Eyni zamanda, 2025-ci ilin may ayında təhvil verilməsi nəzərdə tutulan WTI markalı neftin fyuçers qiyməti 4,84 % ucuzlaşaraq bir barrel üçün 58,57 dollar təşkil edir. Saat 23:38-ə olan məlumata görə, “Brent” 61,57 dollar səviyyəsində qiymətləndirilir.
Oxşar xəbərlər
“Brent” markalı neftin qiyməti yanvarın 9-dan ilk dəfə 76 dollardan aşağı düşüb
“Brent” markalı neftin qiyməti 91 dolları ötüb
ABŞ-də neft ehtiyatları həftə ərzində 2,1 milyon barrel artıb
“Brent” markalı neftin qiyməti noyabrın 18-dən bəri ilk dəfə 71 dollardan aşağı düşüb
“Brent” neftinin qiyməti son 4 ildə ilk dəfə 65 dollardan aşağı düşüb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













