“SOCAR Green” Azərbaycanda "yaşıl avadanlıq"ların istehsalı üzərində çalışır
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) törəmə “SOCAR Green” şirkəti Azərbaycanda "yaşıl avadanlıq"ların istehsalı üzərində çalışır.
“Report” xəbər verir ki, bunu “SOCAR Green” şirkətinin direktoru Elmir Musayev Bakıda keçirilən “Daha yaşıl gələcəyə doğru innovativ yollar: Bərpa olunan enerji və emissiyaların azaldılması” mövzusunda tədbirdə bildirib.
Onun sözlərinə görə, şirkət Azərbaycanda "yaşıl enerji"də istifadə olunacaq avadanlıqların istehsalının təşkili üzərində işləyir: “Müəyyən texniki-iqtisadi əsaslandırma tədqiqatları aparırıq. Lakin bunun daha genişmiqyaslı iqtisadi tərəfləri var. Azərbaycanın kiçik ölkə olmasına görə belə istehsal üçün yalnız Azərbaycanı hədəfləmək bir qədər çətin ola bilər. Bu, daha geniş miqyas tələb edir. Üstəlik, bu məsələdə bəzi iqtisadi çətinliklər var. Odur ki, biz hökumətə təklif edə biləcəyimiz bəzi həll yolları tapmağa çalışırıq".
Oxşar xəbərlər
“SOCAR Green” əsas hədəflərindən birini açıqlayıb
Elmir Musayev: “Yaşıl enerji”yə qlobal keçid SOCAR dünya bazarında iştirakını genişləndirməyə imkan verib”
Elmir Musayev: “SOCAR Green” milli enerji şirkətinə çevrilmək astanasındadır”
Azərbaycanda "yaşıl məhsul"lar istehsal ediləcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Mərkəzi Bank iki ödəniş təşkilatına icrası məcburi göstəriş verib
-
Qazaxıstan və Avropa tərəfdaşları süni intellekt, elm və kosmik texnologiyalarının inkişafını razılaşdırıblar
-
ÜST Ebola virusu riski altında olan ölkələri açıqlayıb
-
2040-cı ilə qədər Füzulidə 50 min nəfərin yaşaması nəzərdə tutulur
-
Ankarada terrorla mübarizə çərçivəsində 209 nəfər saxlanılıb
-
İnternet informasiya ehtiyatının fəaliyyətinin müvəqqəti məhdudlaşdırılacağı yeni hallar müəyyənləşir
