SOCAR: "Neft Daşları” - Dübəndi neft xəttində sızma baş verib, təmir işləri hava şəraitindən asılıdır - EKSKLÜZİV
“Azneft” İstehsalat Birliyinin “Neft Daşları”- Çilov - Şah saçı - Dübəndi neft xəttində sızma müşahidə edilib.
Bu barədə “Report”un sorğusuna cavab olaraq Azərbaycan Dövlət Neft Şirkətindən (SOCAR) məlumat verilib.
Qeyd edək ki, sosial şəbəkələrdə və bəzi KİV-lərdə “Neft Daşları” Neft-Qaz Çıxarma İdarəsinin (NQÇİ) ərazisindən və “Günəşli” yatağından nefti sahilə nəql edən xətdə sızma olması ilə bağlı məlumat yayılıb.
“Qeyd olunan neft xətti “Neft Daşları”ndan neft və kondensatın Dübəndi istiqamətində nəqlini həyata keçirir. Küləkli hava şəraitinin yaratdığı çətinliklərə baxmayaraq, yaranmış vəziyyətin aradan qaldırılması üçün müvafiq addımlar atılır”, - SOCAR-ın cavabında vurğulanıb.
Bildirilir ki, təmir-bərpa işlərini həyata keçirəcək heyətin təhlükəsizliyini təmin etmək üçün hava şəraitinin sabitləşməsi gözlənilir. “Əməliyyatın təhlükəsiz icrası üçün uyğun şərait yarandıqdan sonra təmir-bərpa işləri tamamlanacaq”.
Oxşar xəbərlər
SOCAR Neft Daşlarında çalışan neftçilərin həyatını əks etdirən yeni film çəkib
“Azneft” İB-in "28 May” Neft Qaz Çıxarma İdarəsində yanğın olub
SOCAR hava şəraiti ilə bağlı təhlükəsizlik tədbirlərini gücləndirib
SOCAR "Günəşli" yatağında yeni hasilat quyusunu istismara verib - FOTO
SOCAR “Günəşli" yatağında yeni hasilat quyusunu istismara verib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













