SOCAR və “Yokogawa Europe” enerji səmərəliliyi və dekarbonizasiyanı müzakirə edib
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və Yaponiyanın “Yokogawa Europe B.V.” şirkəti (“Yokogawa Electric Corporation” şirkətinin törəmə müəssisəsi) arasında enerji səmərəliliyi, rəqəmsallaşma və dekarbonizasiya mövzularında müzakirələr aparılıb.
“Sizinxeber.az” xəbər verir ki, bu barədə SOCAR-ın sosial şəbəkə hesablarında məlumat verilib.
Qeyd olunub ki, SOCAR və “Yokogawa Europe B.V.” arasında imzalanan Anlaşma Memorandumu çərçivəsində SOCAR-ın strateji rəhbərləri və aparıcı mütəxəssislərinin iştirakı ilə icraçı seminar təşkil olunub.
"Seminarda neft emalı sahəsində dəyər zəncirinin optimallaşdırılması, modernizasiyası və genişləndirilməsi layihələri, enerji səmərəliliyi, rəqəmsallaşma və dekarbonizasiya mövzularında geniş müzakirələr və qarşılıqlı fikir mübadiləsi aparılıb.
Xatırladaq ki, 2024-cü ilin dekabr ayında SOCAR və “Yokogawa Electric” şirkəti arasında Anlaşma Memorandumu imzalanıb.
Memorandum şirkətlərarası əməkdaşlığın genişləndirilməsini nəzərdə tutur. Sənədə əsasən, tərəflər istehsalın optimallaşdırılması, enerji səmərəliliyinin artırılması, dekarbonizasiya fəaliyyəti, emissiyaların azaldılması, habelə rəqəmsallaşdırma və digər istiqamətlərdə əməkdaşlıq edəcək, birgə layihələrin icrası imkanlarını araşdıracaqlar.
Oxşar xəbərlər
SOCAR və “Yokogawa Electric” əməkdaşlığa dair Anlaşma Memorandumu imzalayıb
SOCAR və "MVM Group" bərpaolunan enerji sahəsində əməkdaşlığı müzakirə edib
SOCAR “Eni S.p.A” şirkəti ilə upstream layihələrində investisiya imkanlarını nəzərdən keçirəcəklər - YENİLƏNİB
SOCAR və “TotalEnergies” yaşıl enerji sahəsində əməkdaşlığı müzakirə edib - FOTO
SOCAR “Qazpromneft” ilə müzakirələr aparır
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













