Təmir işlərindən sonra STAR NEZ-in gücü açıqlanıb
sizinxeber.az xəbər saytı

Təmir işlərindən sonra STAR NEZ-in gücü açıqlanıb


Ötən il STAR Neft Emalı Zavodunda (NEZ) uğurla həyata keçirilən təmir və modernləşdirmə işləri nəticəsində zavodun emal gücü ildə 13 milyon tonu keçib.

“Sizinxeber.az”un Türkiyəyə ezam olunmuş müxbiri xəbər verir ki, bunu “SOCAR Turkiye Enerji” şirkətinin baş icraçı direktoru Elçin İbadov İstanbulda keçirilən mətbuat konfransında bildirib.

STAR NEZ Türkiyənin ən böyük neft emalı müəssisəsidir və ölkənin neft məhsullarına olan tələbatının 18 %-ni təmin edir. STAR NEZ-də iki ay davam edən təmir və modernləşdirmə işləri çərçivəsində bir DCU qurğusu dəyişdirilib və bu əməliyyat 56 milyon ABŞ dollarına başa gəlib", - E.İbadov qeyd edib.

Oxşar xəbərlər

STAR NEZ-in fəaliyyəti təmir-profilaktika işləri ilə bağlı dayandırılacaq
Bu gündən STAR NEZ-in fəaliyyəti təmir-profilaktika işlərinə dayandırılıb
"SOCAR Türkiye"nin Baş icraçı direktoru: STAR Türkiyənin ən iri neft emalı zavoduna çevrilib
Türkiyə STAR NEZ-də təmirlə əlaqədar Rusiya neftinin alışını iki dəfə azaldıb
İki aylıq təmirə dayanan STAR NEZ fəaliyyətini bərpa edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər