Azərbaycan və Qvineya-Bisau enerji əməkdaşlığı imkanlarını müzakirə ediblər
Azərbaycan və Qvineya-Bisau arasında enerji sahəsində əməkdaşlıq imkanları müzakirə edilib.
"Report" xəbər verir ki, bunu energetika naziri Pərviz Şahbazov “X” sosial şəbəkə hesabında bildirib.
“Qvineya-Bisaunun xarici işlər, beynəlxalq əməkdaşlıq və xaricdəki icmalar naziri Karlos Pinto Pereiranın başçılığı ilə nümayəndə heyəti ilə görüş keçirdik. Görüşdə Qvineya-Bisaunun Azərbaycanın enerji sahəsindəki təcrübəsinə marağını nəzərə alaraq, “yaşıl enerji”, dekarbonizasiya və neft-qaz sahələrində əməkdaşlıq imkanlarını müzakirə etdik”, - deyə nazir qeyd edib.
Qvineya-Bisau Respublikasının xarici işlər, beynəlxalq əməkdaşlıq və xaricdəki icmalar naziri Karlos Pinto Pereiranın başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirdik. Görüşdə Qvineya-Bisaunun Azərbaycanın enerji sahəsindəki təcrübəsinə marağını nəzərə alaraq, ,…
— Parviz Shahbazov (@ParvizShahbazov)
Oxşar xəbərlər
Prezident İlham Əliyev Qvineya-Bisau Respublikasının nümayəndə heyətini qəbul edib
Azərbaycan və Qvineya-Bisau XİN-ləri siyasi məsləhətləşmələr keçirəcəklər
Qvineya-Bisaunun xarici işlər naziri Ermənistanla sülh danışıqları barədə məlumatlandırılıb
Karlos Pinto Pereira Azərbaycanı Afrikaya investisiya qoymağa çağırıb
Ceyhun Bayramovla Qvineya-Bisaunun XİN rəhbəri arasında görüş keçirilir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













