Nazir müavini: "Əmək fəaliyyəti ilə bağlı problemlər "yaşıl enerji"yə keçidi yubadır"
Əmək fəaliyyəti ilə bağlı problemlər "yaşıl enerji"yə keçid prosesini yubadır.
"Sizinxeber.az" xəbər verir, bunu energetika nazirinin müavini, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) baş icraçı direktoru Elnur Soltanov "Bakı İqlim Fəaliyyəti Həftəsi"nin 2-ci günündə "Ədalətli keçid tərəfdaşlığı və investisiya səfərbərliyi" dəyirmi masasında deyib.
O bildirib ki, "yaşıl enerji"yə keçid əmək fəaliyyəti ilə bağlı bir sıra məsələləri də gündəmə gətirir: "Hər bir dəyişiklik həm qazanan, həm də məğlub tərəf yaradır. Bu, ümumilikdə "yaşıl keçid"in yaratdığı ən böyük problemlərdəndir. "Yaşıl transformasiya" qaliblərdən daha çox məğlublar yaradır və bu, keçid prosesini əngəlləyən əsas elementlərdəndir. Məsələn, neft, təbii qaz və kömür kimi ənənəvi yanacaqdan uzaqlaşdıqca, əsas sənaye sahələri diqqətdən kənarda qalacaq və bu yeni mühitdə işçi qüvvəsi də qeyri-funksional olacaq".
Nazir müavini qeyd edib ki, bu səbəbdən insanlara yeni bacarıqlar aşılanmalıdır ki, olanlar keçid prosesinin bir hissəsinə çevrilsin, prosesin gedişini ləngitməsinlər.
Oxşar xəbərlər
Nazir müavini: Qlobal istiləşmənin qarşısını almaq üçün “yaşıl iqtisadiyyat”a keçid zəruridir
Nazir müavini: ”Yaşıl iqtisadiyyat"a keçid tədbirlərinin uğurla həyata keçirilməsi zəruridir
Elnur Soltanov: “Azərbaycanda karbon emissiyasının 70 %-i enerji sektorunun payına düşür”
Elmir Musayev: “Yaşıl enerji”yə qlobal keçid SOCAR dünya bazarında iştirakını genişləndirməyə imkan verib”
Ole Toft: “Yaşıl” keçid iqlim dəyişikliyi problemini həll etmək üçün şərt oldu
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













