Nazir müavini: Qlobal istiləşmənin qarşısını almaq üçün “yaşıl iqtisadiyyat”a keçid zəruridir
sizinxeber.az xəbər saytı

Nazir müavini: Qlobal istiləşmənin qarşısını almaq üçün “yaşıl iqtisadiyyat”a keçid zəruridir


Bu gün iqlim dəyilikliyinin ölkənin sosial-iqtisadi inkişafına və insanların həyatına təsirinin düzgün qiymətləndirilməsi, bunun əsasında müasir yanaşmaların və təşəbbüslərin müəyyən olunması dünyanın bütün ölkələrində olduğu kimi, Azərbaycan üçün də olduqca əhəmiyyətlidir.

"Report" xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev Bakıda “İqlim dəyişikliyi və ədalətli keçid: Həmkarlar ittifaqının rolu və fəaliyyət” mövzusunda keçirilən beynəlxalq konfransda çıxışı zamanı deyib.

O bildirib ki, iqlim dəyişikliyinin dünya iqtisadiyyatı üzərində təsirlərini azaltmaq, qlobal istiləşmənin qarşısını almaq və ya ən azı neytrallaşdırmaq üçün “yaşıl iqtisadiyyat” konsepsiyasına keçidi qaçılmaz edir:

"Bu keçid dövründə meydana gələ biləcək sosial risklərin optimallaşdırılması və idarə olunması üçün sosial tərəfdaşlıq prinsipinin daha da gücləndirilməsi böyük əhəmiyyət kəsb edir. Layiqli əməyə sosial dialoqun inkişafı əsasında nail olunması – ”yaşıl iqtisadiyyat"a keçid dövründə tədbirlərin uğurla həyata keçirilməsi üçün əsas şərtlərdən biridir. Bu, ilk növbədə əmək sferası ilə sosial müdafiənin inkişafında yeni yanaşmaların tətbiqini zəruri edir.

Ötən illər ərzində olduğu kimi, bu keçid dövründə də əməkçilərin əmək və sosial hüquqlarının və qanuni mənafelərinin müdafiəsi sahəsində Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının bütün təşəbbüsləri xüsusi rol oynayır".

Oxşar xəbərlər

Nazir müavini: ”Yaşıl iqtisadiyyat"a keçid tədbirlərinin uğurla həyata keçirilməsi zəruridir
Nazir müavini: İqlim dəyişikliyi dünyada yeni vəziyyət yaradıb
AHİK sədri: İqlim dəyişikliyi bütün həyatın əsaslarını təhdid edir
Məmməd Musayev: Son 50 ildə dünyada yoxsulluq, işsizlik və ərzaq təhlükəsizliyi ön plana keçib
Səfir: Azərbaycan iqlim dəyişikliyi ilə mübarizədə beynəlxalq ictimaiyyəti birləşdirmək niyyətindədir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle