

Azərbaycanın 2 ali təhsil müəssisəsi nüfuzlu reytinq cədvəlində yer alıb
Azərbaycandan ilk dəfə 2-ci ali təhsil müəssisəsi (Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) “THE dünyanın ən yaxşı universitetlərinin reytinqi”nə daxil olub.
“Sizinxeber.az” xəbər verir ki, bu barədə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi sosial şəbəkədə məlumat yayıb.
Beləliklə, sözügedən qlobal reytinqdə Bakı Dövlət Universiteti də daxil olmaqla ümumilikdə Azərbaycanın 2 ali təhsil müəssisəsi yer alır.
Qeyd edək ki, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi ilə “Times Higher Education” Beynəlxalq Reytinq Agentliyi arasında ölkədə ali təhsilin rəqabət qabiliyyətinin artırılması və qabaqcıl tədqiqat universitetlərinin yaradılması istiqamətində may ayından etibarən strateji tərəfdaşlıq davam edir.
THE-nin qlobal məsələlər üzrə baş direktoru Fil Bati qeyd edir: “Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin dünya universitetlərinin ən böyük və əhatəli qlobal reytinqinə daxil olmasını görmək çox gözəldir. Azərbaycan sosial təsirə malik dünya səviyyəli universitetlər yaratmaq məqsədilə ali təhsilin inkişafı üçün çox ciddi strateji hədəflər müəyyən edib. Ümid edirik ki, bu qətiyyət ölkənin ali təhsil müəssisələrinin “THE dünyanın ən yaxşı universitetlərinin reytinqi” və “THE Impact reytinqi”ndə sayının artmasına və mövqelərinin güclənməsinə təkan verəcək”.
Oxşar xəbərlər
Azərbaycanın 2 ali təhsil müəssisəsi dünyanın nüfuzlu reytinq cədvəlində yer alıb
UNEC qlobal reytinqdə 684 pillə irəliləyib
Bakıda qlobal ali təhsil gündəliyində iqlim dəyişikliyinə dair beynəlxalq forum keçirilib - FOTO
Türkiyə-Azərbaycan Universitetinin fəaliyyəti ilə bağlı yeni detallar açıqlanıb
Türkiyə-Azərbaycan Universitetinə tələbə qəbulunun nəticələri açıqlanıb, bu il 87 tələbə təhsil alacaq
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Laçın Beynəlxalq Hava Limanının açılış mərasimi keçirilir
-
İsrail Qəzza müharibəsinin başlanmasından bəri ABŞ-dan 90 tondan çox hərbi yük alıb
-
150 çarpayılıq xəstəxananın yaxın gələcəkdə Laçında tikintisi planlaşdırılır
-
Türkiyə Prezidenti Azərbaycana səfərə yola düşüb
-
Azərbaycanda 28 May – Müstəqillik Günü qeyd olunur
-
İstanbuldan Tbilisiyə uçan təyyarə Bakı aeroportuna məcburi eniş edib
