İƏT-in Təmiz Enerji Mərkəzi Bakıda yerləşəcək
sizinxeber.az xəbər saytı

İƏT-in Təmiz Enerji Mərkəzi Bakıda yerləşəcək


İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Təmiz Enerji Mərkəzi Bakıda yerləşəcək.

"Sizinxeber.az" xəbər verir ki, bununla bağlı məsələ "İqtisadi əməkdaşlıq Təşkilatının Təmiz Enerji Mərkəzinin Nizamnaməsi"ndə əksini tapıb.

Nizamnamənin təsdiq edilməsi haqqında qanun layihəsi parlamentin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb.

Qeyd edilib ki, mərkəz bərpa olunan enerji və enerji səmərəliliyi üzrə inkişafı təşviq edir və İƏT Üzv Dövlətlərinin milli təsisatlarının imkanlarını artırır.

İƏT-in Təmiz Enerji Mərkəzi təşkilat regionunda aşağı karbonlu layihə fəaliyyətlərinin həyata keçirilməsinə kömək məqsədilə dayanıqlı enerji məsələləri üzrə dəstək verir və maliyyə və texniki imkanları səfərbər edir.

"İqtisadi əməkdaşlıq Təşkilatının Təmiz Enerji Mərkəzinin Nizamnaməsi"nin təsdiq edilməsi haqqında qanun layihəsi müzakirələrdən sonra parlamentin plenar iclasına tövsiyə edilib.

Oxşar xəbərlər

BMT Avropa İqtisadi Komissiyası sentyabrda Dayanıqlı Enerji Həftəsini keçirəcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
“Energetika haqqında” yeni qanun layihəsi ikinci oxunuşda təsdiq edildi [xfgiven_updateblue][/xfgiven_updateblue]
Pərviz Şahbazov: "Gələcək nəsillər üçün təmiz, təhlükəsiz enerji irsi yaradırıq" [xfgiven_updateblue][/xfgiven_updateblue]
Pərviz Şahbazov: “Bakı, Astana və Daşkənd COP29 çərçivəsində enerji sahəsində Saziş imzalayacaq” [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycanda İƏT regionu üçün Təmiz Enerji Mərkəzi yaradılıb [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər