Parlament İƏT-in Təmiz Enerji Mərkəzinin Nizamnaməsini təsdiqləyib
İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Təmiz Enerji Mərkəzi Bakıda yerləşəcək.
"Report" xəbər verir ki, bu, Milli Məclisin yaz sessiyasının bu gün keçirilən ilk iclasında müzakirəyə çıxarılmış "İqtisadi əməkdaşlıq Təşkilatının Təmiz Enerji Mərkəzinin Nizamnaməsi"ndə əksini tapıb.
Qeyd edilib ki, mərkəz bərpa olunan enerji və enerji səmərəliliyi üzrə inkişafı təşviq edir və İƏT Üzv Dövlətlərinin milli təsisatlarının imkanlarını artırır.
İƏT-in Təmiz Enerji Mərkəzi təşkilat regionunda aşağı karbonlu layihə fəaliyyətlərinin həyata keçirilməsinə kömək məqsədilə dayanıqlı enerji məsələləri üzrə dəstək verir və maliyyə və texniki imkanları səfərbər edir.
Qanun layihəsi müzakirələrdən sonra qəbul edilib.
Oxşar xəbərlər
İƏT-in Təmiz Enerji Mərkəzi Bakıda yerləşəcək
Azərbaycan İƏT-in Təmiz Enerji Mərkəzinə ev sahibliyi edəcək - YENİLƏNİB
BMT Avropa İqtisadi Komissiyası sentyabrda Dayanıqlı Enerji Həftəsini keçirəcək
Pərviz Şahbazov: "Gələcək nəsillər üçün təmiz, təhlükəsiz enerji irsi yaradırıq"
“Energetika haqqında” yeni qanun layihəsi ikinci oxunuşda təsdiq edildi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













