SOCAR “Chevron” ilə dekarbonizasiya məsələlərini müzakirə edib
sizinxeber.az xəbər saytı

SOCAR “Chevron” ilə dekarbonizasiya məsələlərini müzakirə edib


Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə ABŞ-nin “Chevron” şirkəti arasında dekarbonizasiya, hasilat və nəql məsələləri müzakirə edilib.

“Sizinxeber.az” SOCAR-a istinadla xəbər verir ki, müzakirələr oktyabrın 16-da SOCAR prezidenti Rövşən Nəcəf ilə “Chevron” şirkətinin Avrasiya biznes bölməsinin idarəedici direktoru Derek Maqnes arasında keçirilən görüş zamanı baş tutub.

Tərəflər, həmçinin şirkətlər qarşılıqlı faydalı əlaqələrin möhkəmləndirilməsi istiqamətində əməkdaşlığın davam etdirilməsinə dair fikir mübadiləsi aparıblar.

Oxşar xəbərlər

SOCAR “Qazpromneft” ilə müzakirələr aparır
SOCAR emissiyaların azaldılmasının əlavə yollarını araşdırır

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər