Yaponiya Baş naziri Hörmüzün bağlanması fonunda enerji resurslarına qənaət etməməyə çağırıb
sizinxeber.az xəbər saytı

Yaponiya Baş naziri Hörmüzün bağlanması fonunda enerji resurslarına qənaət etməməyə çağırıb


Yaponiya Baş naziri Sanae Takaiti ölkə vətəndaşlarını Yaxın Şərqdə qeyri-müəyyən vəziyyətin hökm sürməsinə baxmayaraq, iqtisadi və ya sosial fəaliyyəti azaltmamağa çağırıb.

"Sizinxeber.az" "Kyodo"ya istinadən xəbər verir ki, baş nazir bunu parlamentdə çıxışı zamanı bildirib.

Takaitinin sözlərinə görə, o, Yaxın Şərqdəki münaqişə səbəbindən təchizatla bağlı qeyri-müəyyənlik fonunda enerji istehlakının azaldılması çağırışlarına qarşıdır.

"Hesab edirəm ki, hazırkı mərhələdə iqtisadi və ya sosial fəaliyyət dayandırılmamalıdır. Hökumət digər mənbələrdən neft təchizatının təmin edilməsi üzərində çalışır", - o bildirib.

Onun parlamentdəki çıxışı Hörmüz boğazının faktiki olaraq bağlanması fonunda səsləndirilib. Bu, təbii resurslarla zəif təmin olunmuş digər Asiya ölkələrinin yanacaq istehlakı ilə bağlı çağırışlar etməsinə səbəb olub.

"Kyodo" qeyd edib ki, boğazın bağlanmasından zərər çəkən digər Asiya ölkələri kimi, Cənubi Koreya da vətəndaşlarını elektrik enerjisi istehlakını azaltmağa çağırıb, Malayziya isə enerji istehlakını azaltmaq üçün distant iş modelini təşviq etməyə başlayıb.

Oxşar xəbərlər

Takaiçi: Yaponiya ASEAN ölkələrinə 10 milyard dollar maliyyə yardımı ayırmağı planlaşdırır
Enerji Təchizatında Asiyanın Çətinlikləri və Diversifikasiya Çağırışları
Asiya ölkələrinin valyutaları Yaxın Şərq böhranı fonunda ucuzlaşır
Yaxın Şərqdəki gərginlik fonunda Hindistan rupisi rekord səviyyədə ucuzlaşıb
KİV: Yaponiya Baş naziri NATO sammitində iştirak etməyəcək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər