Aİ Kulevi limanının Rusiyaya qarşı 20-ci sanksiyalar paketindən istisna edildiyini təsdiqləyib
sizinxeber.az xəbər saytı

Aİ Kulevi limanının Rusiyaya qarşı 20-ci sanksiyalar paketindən istisna edildiyini təsdiqləyib


Kulevi limanı Avropa İttifaqının (Aİ) Rusiyaya qarşı 20-ci sanksiyalar paketinə daxil edilməyib - Brüssel Gürcüstanın və Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR - limanın operatoru) Rusiya neftinə dair məhdudiyyətlərə riayət etmək öhdəliklərini qəbul edib.

"Report"un Avropa bürosu xəbər verir ki, bunu Brüsseldə Aİ-nin yüksək vəzifəli nümayəndəsi təsdiqləyib.

Onun sözlərinə görə, Gürcüstan hakimiyyəti və SOCAR Aİ-ni əmin ediblər ki, sanksiyalar altında olan gəmilərə xidmət göstərməyəcək, həmçinin Rusiya neftindən istehsal olunan neft məhsullarının Aİ-yə tədarükünə qoyulan qadağaya riayət olunmasını təmin edəcəklər.

"Nail olmaq istədiyimiz hər şeyi öhdəliklər şəklində əldə etdik və fikrimizcə, bu, sanksiyalar siyahısına daxil edilməkdən daha səmərəli yanaşmadır", - Aİ nümayəndəsi bildirib.

O əlavə edib ki, Aİ bu zəmanətlərin yerinə yetirilməsini diqqətlə izləyəcək.

Brüsseldə qeyd ediblər ki, bu hal daha geniş tendensiyanı əks etdirir: üçüncü ölkələr və infrastruktur operatorları Aİ-nin sanksiya rejimini pozmamağa çalışır və əməkdaşlığa hazır olduqlarını nümayiş etdirirlər.

Daha əvvəl Kulevinin sanksiyalar paketinə daxil edilməsi imkanı müzakirə olunurdu, lakin diplomatik məsləhətləşmələrdən sonra bu addımdan imtina edilib.

Oxşar xəbərlər

KİV: Aİ-nin Rusiyaya qarşı yeni sanksiyalar paketinə 13 bank daxil ediləcək
Aİ-nin Rusiyaya qarşı yeni sanksiyalar paketinə 13 bank daxil ediləcək - YENİLƏNİB
ABŞ-nin Rusiyaya qarşı yeni sanksiyalar paketinə 180 tanker daxil ediləcək
ABŞ Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edib
Aİ-nin yeni sanksiyalar paketinə Rusiyanın atom layihələri daxil edilməyib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər