Rütte: NATO-nun Ankara sammitində Ukraynaya uzunmüddətli dəstək məsələsi müzakirə olunacaq
Gələn həftə Ankarada (Türkiyə) keçiriləcək NATO sammitində müttəfiqlər Ukraynaya təhlükəsizlik sahəsində davamlı, proqnozlaşdırıla bilən və uzunmüddətli yardım təmin etməyi öhdələrinə götürəcəklər.
"Sizinxeber.az"un Avropa bürosunun verdiyi məlumata görə, bunu Alyansın Baş katibi Mark Rütte Berlində Almaniya Kansleri Fridrix Merts və müdafiə naziri Boris Pistoriusla birgə mətbuat konfransında bəyan edib.
Onun sözlərinə görə, sammit iştirakçıları həmçinin müdafiə xərclərinin artırılmasına, silah istehsalının çoxaldılmasına və Alyans ölkələrində müdafiə sənayesinin inkişafına diqqəti cəmləyəcəklər.
M.Rütte qeyd edib ki, Rusiyaya qarşı təzyiqi qoruyub saxlamaq lazımdır, çünki onun sözlərinə görə, hətta Ukraynaya qarşı müharibə başa çatdıqdan sonra da Moskva Avroatlantik təhlükəsizlik üçün uzunmüddətli təhdid olaraq qalacaq.
Alyansın Baş katibi, həmçinin Almaniyanın müdafiə xərclərini artırmaq səylərini yüksək qiymətləndirərək bildirib ki, ölkə 2029-cu ilə qədər hərbi xərcləri ÜDM-in 3,5 %-i səviyyəsinə çatdırmağa çalışır. Alyansın Baş katibi bunu təhlükəsizliklə bağlı vəziyyətin pisləşdiyi bir şəraitdə "nəzərəçarpan nailiyyət" və siyasi qətiyyət nümunəsi adlandırıb.
Oxşar xəbərlər
NATO Baş katibi alyans ölkələrini Ukrayna üçün daha çox ABŞ silahı almağa çağırıb
Rütte: NATO-nun Ankara sammiti Haaqadakı görüşdən daha vacib ola bilər
Rütte: NATO-nun Ankara sammiti alyansın ABŞ üçün əhəmiyyətini nümayiş etdirəcək
Rutte: NATO müdafiə xərclərinin ÜDM-in 5 %-nə qədər artırılmasını təsdiqləyib
Mark Rutte: Avropa müdafiə istehsalını artırmalıdır
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
MEDİA-nın "Fərdi jurnalist müsabiqəsi"nin qalibləri sırasında "APA Media Group"un 4 əməkdaşı var
-
"Qarabağ" daha bir yoxlama oyununda uduzub
-
Alimlər: Antarktidanın gələcəyini proqnozlaşdırmaq düşündüyümüzdən daha asan ola bilər
-
KMG və "Chevron" neftin Qazaxıstandan BTC ilə dünya bazarlarına tədarükünü müzakirə edib
-
Türk dünyasının birliyi sayəsində yüz il əvvəlki arzular bu gün reallığa çevrilir - RƏY
-
Həftəsonu 41 mindən çox abituriyent qəbul imtahanı verəcək
