Azad edilmiş ərazilərdə 2 mindən çox ev və ictimai binada günəş panelləri qurulub
sizinxeber.az xəbər saytı

Azad edilmiş ərazilərdə 2 mindən çox ev və ictimai binada günəş panelləri qurulub


Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında 2 000-dən çox ev və ictimai binada damüstü günəş panelləri quraşdırılıb.

"Sizinxeber.az" bu barədə Energetika Nazirliyinə istinadən xəbər verir.

Bildirilib ki, həmin günəş panellərinin gücü 7 000 kVt/saat-dan çoxdur.

"Müasir şəhərsalmanın əsas elementlərindən olan damüstü günəş panelləri Qarabağ və Şərqi Zəngəzurun "yaşıl enerji" zonasına çevrilməsində mühüm rol oynayır. Bu yanaşma həm enerji səmərəliliyini artırır, həm də bu bölgələrin daha da dayanıqlı və ekoloji cəhətdən təmiz inkişafına töhfə verir", - məlumatda qeyd olunub.

Oxşar xəbərlər

"Azərişıq": Qarabağ və Şərqi Zəngəzurdakı bütün yarımstansiyaların damında günəş panelləri var"
Qarabağ və Şərqi Zəngəzurda yaşıl və səmərəli texnologiyaların tətbiqi müzakirə olunub
Sarıcalı kəndində çoxfunksiyalı inzibati binada bir sıra qurumlar fəaliyyət göstərəcək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər