"Azərişıq": Qarabağ və Şərqi Zəngəzurdakı bütün yarımstansiyaların damında günəş panelləri var"
sizinxeber.az xəbər saytı

"Azərişıq": Qarabağ və Şərqi Zəngəzurdakı bütün yarımstansiyaların damında günəş panelləri var"


Qarabağ və Şərqi Zəngəzur çox qısa müddətdə sıfır karbon emissiyası olan regiona çevriləcək.

"Sizinxeber.az"un Ağdama ezam olunmuş müxbiri xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında “Azərişıq” ASC-nin Tədris və İnnovasiyalar Mərkəzinin direktoru Araz Məmmədzadə bildirib.

Onun sözlərinə görə, hazırda səhmdar cəmiyyətinin işğaldan azad edilmiş ərazilərdə yerləşən bütün yarımstansiyalarının damında günəş panelləri mövcuddur: "Biz COP29-da elan etmişdik ki, Qarabağ və Şərqi Zəngəzur 100 % "yaşıl enerji" ilə təmin ediləcək. Hazırda bu bölgədə bütün yarımstansiyalarımızın damında günəş panelləri var. Eyni zamanda, qarşısında dayandığımız Ağdam Regional Rəqəmsal İdarəetmə Mərkəzinin və Təlim Tədris Kompleksinin damında 5 kilovata yaxın gücdə günəş panelləri quraşdırılıb. Demək olar ki, Qarabağ və Şərqi Zəngəzurun bütün hissələrində "yaşıl texnologiyalar"dan istifadə olunur", - deyə o qeyd edib.

Oxşar xəbərlər

Sarıcalı kəndində çoxfunksiyalı inzibati binada bir sıra qurumlar fəaliyyət göstərəcək
Prezident: “Qarabağ və Şərqi Zəngəzurda hidroenerji potensialımızı fəal şəkildə inkişaf etdiririk”
Qarabağ və Şərqi Zəngəzurda yaşıl və səmərəli texnologiyaların tətbiqi müzakirə olunub
“Azərişıq” elektromobillərin istifadəsini genişləndirmək üçün 45 enerjidoldurma məntəqəsi quraşdırıb
Araz Məmmədzadə: "Asiya və Afrika ölkələri “Azərişıq” ilə əməkdaşlığa maraq göstərir"

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər