Azərbaycanda süni intellekt sahəsində yeni dövlət standartları qəbul edilib
Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) süni intellekt sahəsində yeni dövlət standartları qəbul edib.
"Sizinxeber.az" İnstituta istinadən xəbər verir ki, bunlar, AZS ISO/IEC 23894:2025 “İnformasiya texnologiyaları – Süni intellekt – Risklərin idarə edilməsi üzrə təlimat”, AZS ISO/IEC 23053:2025 “Maşın öyrənməsindən istifadə edən süni intellekt sistemləri üçün çərçivə sənədi”, AZS ISO/IEC 24029-2 2025 “Süni intellekt – Neyron şəbəkələrinin dayanıqlılığının qiymətləndirilməsi” dövlət standartlarıdır.
Sözügedən dövlət standartları Süni İntellekt (Sİ) sistemlərinin etimadı doğrultma mövzularını, o cümlədən bu sistemlərin əsas hesablama xüsusiyyətlərini, onlarda istifadə olunan vacib alqoritmlər və yanaşmaları müəyyən edir.
Yeni dövlət standartlarının tətbiqində məqsəd Sİ sistemlərinin müxtəlif platformalarda və sahələrdə düzgün işləməsi üçün ümumi qaydalar və təlimatların yaradılmasını, həmçinin qarşılıqlı şəkildə işləməsini təmin etməkdir.
Yeni dövlət standartları “İnformasiya-kommunikasiya texnologiyaları” standartlaşdırma üzrə Texniki Komitədə (AZSTAND/TK 05) müzakirəyə çıxarılıb və İnstitut onları təsdiqləyərək Standartlaşdırma üzrə normativ sənədlərin Dövlət Fonduna daxil edib.
Yeni dövlət standartları ölkə Prezidentinin 19 mart 2025-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş “2025–2028-ci illər üçün süni intellekt strategiyası”nın həyata keçirilməsi üzrə Tədbirlər Planının 8.1.5-ci yarımbəndinin icrası məqsədilə qəbul edilib.
Oxşar xəbərlər
Azərbaycanda süni intellekt üzrə yeni dövlət standartları qəbul edilib
Qazaxıstan və Çin süni intellekt laboratoriyasının yaradılması üzrə layihəyə başlayacaq
Kaliforniya qubernatoru süni intellektə qarşı çıxıb
Rəşad Nəbiyev: "Azərbaycanda universitetlərin 70 %-də süni intellekt tədris olunacaq"
Fariz Cəfərov: "Hər bir dövlətin süni intellekt strategiyası olmalıdır"
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Azercell"də dəyişiklik - Bu xidmətləri də dayandırır
-
Azərbaycanda bəzi cərimələr sərtləşdirilir
-
“e-Sosial” portalında yenilik əlilliyi olan şəxslər üçün istifadə rahatlığının artırılmasına xidmət edir – AÇIQLAMA
-
Deputat: Qızıl ehtiyatlarının artması dəyər qazanan aktivlərə daha çox vəsaitin yönəldilməsinə imkan yaradır
-
Leyla Əliyeva "ASAN Məktub" sosial proqramının 10 illiyinə həsr olunan tədbirdən paylaşım edib
-
Sahibə Qafarova: Avropa Parlamenti beynəlxalq hüququn prinsiplərinə zidd olan qərəzli praktikasını davam etdirib








