Norveçdə altı yaşlı məktəbli vikinqlər dövrünə aid qılınc tapıb
sizinxeber.az xəbər saytı

Norveçdə altı yaşlı məktəbli vikinqlər dövrünə aid qılınc tapıb


Norveçdə altı yaşlı oğlan məktəb ekskursiyası zamanı vikinqlər dövrünə aid qılınc tapıb.

"Sizinxeber.az"un xəbərinə görə, bu barədə "Ancient Origins" portalı məlumat yayıb.

Hadisə məktəblilərin ekskursiya zamanı tarlada olduqları Brandbu kəndində baş verib. Oğlan yerdə əşya görüb, onun təxminən 1 300 il yaşı olan nadir birülgüclü qılınc olduğu ortaya çıxıb.

Tapıntıdan sonra məktəb arxeoloqlarla əlaqə saxlayıb və artefaktı təhvil verib.

Portalın məlumatına görə, qılınc hazırda Oslonun Mədəniyyət Tarixi Muzeyində saxlanılır.

Oxşar xəbərlər

TÜRKSOY-un Baş katibi: Bəxtiyar Vahabzadə sovet ideologiyasına qarşı qələmindən qılınc kimi yararlanıb
Ağcabədidə 17 yaşlı oğlan kanalda batıb
Kəlbəcərdə qayadan yıxılan 21 yaşlı oğlan ölüb
Kürdəmirdə 26 yaşlı oğlan atasının iş yerində ölüb
Lənkəranda toyda vəziyyəti pisləşən 49 yaşlı kişi xəstəxanada vəfat edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər