

“Xarici dövlət borcumuz 5 milyarda qədər enə bilər”
“Növbəti iki ildə xarici dövlət borcumuz 5 milyard dollar səviyyəsinə qədər enə bilər”.
“Qafqazinfo” xəbər verir ki, bu fikirləri maliyyə naziri Samir Şərifov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında büdcə müzakirəsi zamanı bildirib.
“Bunları nəzərə alaraq dövlət tərəfindən daha çox borcun cəlb edilməsi məqsədə uyğun hesab olunub. Bu isə konkret layihələrin maliyyələşdirilməsinə hesablanacaq. Hazırda xarici dövlət borcumuz 6,5 milyard dollar səviyyəsindədir. Ümumi siyasət istiqaməti ona yönəlib ki, daxili dövlət borcunun ümumi borcda çəkisi artsın. Bu ona görə edilir ki, biz xarici dövlət borcundan asılı olmayaq. Xarici dövlət borcunun qiyməti hansısa məzənnə dəyişikliyi olanda manatda artır. Daxili dövlət borcunun artırılması bizim maliyyə, bank sektorunun artımına müsbət təsir göstərir. Artıq təkcə 1 il deyil, 7 ilədək borc istiqrazlarının müddətini artırmışıq. Çalışacağıq ki, 10 illik istiqrazlar da buraxaq”, - nazir vurğulayıb.
Oxşar xəbərlər
Azad edilmiş ərazilərin bərpasına əhəmiyyətli maliyyə təminatı yaradılacaq – Nazir
Gələn il kimlərin kreditləri silinəcək? - Deputat açıqladı
İlham Əliyev: "Xarici borcumuz ümumi daxili məhsulun 10 faizindən aşağıdır, növbəti il üçün hədəf 7 faizdir"
Bakıya və Laçına ayrılan vəsait artırılır
S&P Azərbaycanın bank sistemi ilə bağlı qiymətləndirməsini yaxşılaşdırıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Belçika və Aİ-dəki səfir: Azərbaycan beynəlxalq siyasətin məsuliyyətli iştirakçısı və regional liderdir
-
"Latsio" klubu Mauritsio Sarriyə 2027-ci ilə qədər müqavilə təklif edib
-
Maldiv Prezidenti Azərbaycan liderini təbrik edib
-
Abşeron kanalında lildən təmizləmə və su infrastrukturunun yenilənməsi işləri açıqlanıb
-
MN: Azərbaycan Ordusu Xəznəvar yaşayış məntəqəsi istiqamətində atəş açmayıb
-
Qazaxıstan Prezidenti nüvə dövlətləri arasında gərginliyin artmasından narahatdır
