Henri Qonzales: Özəl sektor maliyyə məsələlərində daha fəal iştirak etməlidir » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
11 
okt
2024
12:30
0
0
1 749
ff

Henri Qonzales: Özəl sektor maliyyə məsələlərində daha fəal iştirak etməlidir

11 okt, 2024
12:30
1 749

Henri Qonzales: Özəl sektor maliyyə məsələlərində daha fəal iştirak etməlidir

Özəl sektor iqlimin maliyyələşdirilməsində daha fəal iştirak etməlidir.

"Sizinxeber.az" xəbər verir ki, bunu Yaşıl İqlim Fondunun investisiyalar üzrə direktoru Henri Qonzales deyib.

O, iqlim dəyişikliyi ilə mübarizə üçün daha çox maliyyə vəsaitinin ayrılmasına çağırıb. Direktorun sözlərinə görə, böyük həcmdə maliyyələşməyə ehtiyac olduğunu nəzərə alaraq, bu məsələdə özəl sektor da fəal rol oynamalıdır.

O, həmçinin qeyd edib ki, iki həftədən sonra Vaşinqtonda uyğunlaşmanın maliyyələşdirilməsi ilə bağlı nazirlərin görüşü təşkil olunacaq.

"Ümid edirik ki, COP29-da iştirakçı ölkələrin maliyyə nazirləri ilə görüşmək və maliyyə vəsaitlərinin bölüşdürülməsi kimi mühüm məsələləri müzakirə etmək imkanımız olacaq", - H.Qonzales bildirib.

Bizimlə əlaqə saxlayın

×
×