Marketoloqlar “Azərbaycan Marketinq Zirvəsi 2025”də bir araya gələcək
Marketoloqlar “Azərbaycan Marketinq Zirvəsi 2025”də bir araya gələcək
Mayın 25-də “JW Marriott Absheron Baku” hotelində “Marketinqdə Transformasiya: Əvvəl, İndi və Sonra” devizi ilə “Azərbaycan Marketinq Zirvəsi 2025” tədbiri keçiriləcək.
Tədbir yerli və xarici mütəxəssisləri bir araya gətirməklə 2025-ci ilin ən yaddaqalan görüşlərindən biri olmağı vəd edir.
“”, “”, “” təşkilatçılığı ilə sayca ikinci dəfə baş tutacaq marketinq zirvəsi çərçivəsində 16 spikerin iştirakı ilə marketinq və biznesin müxtəlif istiqamətləri üzrə təcrübələr, yanaşmalar və strategiyalar paylaşılacaq, “Satış və marketinq" debatı, “Rəqəmsal Marketinq” və “Liderlik bacarıqları” ilə bağlı “Workshop”lar keçiriləcək.
Tədbirdə iştirak etmək istəyən şəxslər linkinə daxil olaraq bilet ala bilərlər.
Marketinq zirvəsi bu sahədə yeniliklərə açıq olan hər kəs üçün ilhamverici və dəyərli təcrübə olacaq.
Fürsəti qaçırmayın, elə indi “Azərbaycan Marketinq Zirvəsi 2025”in iştirakçısı olmağa tələsin.