Moskvada Azərbaycanın Müstəqillik Günü təntənəli şəkildə qeyd edilib
Moskvada Azərbaycanın Rusiyadakı səfirliyinin təşəbbüsü ilə 28 May – Müstəqillik Günü münasibətilə təntənəli qəbul keçirilib.
“Report”un Rusiya bürosunun məlumatına görə, tədbirdə tanınmış siyasi və ictimai xadimlər, Moskvada akkreditə olunmuş diplomatik korpusun başçıları, Azərbaycan diasporunun nümayəndələri iştirak ediblər.
Tədbirdə çıxış edən səfir Rəhman Mustafayev xatırladıb ki, 1918-ci il mayın 28-də müsəlman Şərqində ilk parlament respublikası olan müstəqil Azərbaycan Xalq Respublikası elan edilib, cəmi 23 ay mövcud olsa da, tarixdə parlaq iz qoyub.
Diplomat həmçinin 1990-cı illərin əvvəllərində Azərbaycanın müstəqilliyini bərpa etdikdən sonra Ermənistanın təcavüzü və ərazisinin 20 faizinin itirilməsi ilə üzləşdiyi çətin dövrdən danışıb. Səfir ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin ölkənin suverenliyinin bərpasındakı rolunu vurğulayıb.
“Siyasi iradə, iqtisadi islahatlar, diplomatik balans onilliklər tələb edib. Dövlət başçısının cəsarətli mövqeyi sayəsində Azərbaycan tarixi ədaləti və ərazi bütövlüyünü bərpa etdi. Bu gün ölkə Qarabağın və Şərqi Zəngəzurun genişmiqyaslı yenidən qurulmasına diqqət yetirir. Planlaşdırılan səkkiz beynəlxalq hava limanından üçü artıq tikilib. Laçında Azərbaycan və Türkiyə prezidentlərinin iştirakı ilə üçüncü hava limanı açılıb”, – o bildirib.
Mustafayev həmçinin Azərbaycanın regional inteqrasiyada fəal rolunu vurğulayaraq ölkəni Avropa, Qafqaz, Mərkəzi Asiya və Çini birləşdirən nəqliyyat-logistika qovşağı adlandırıb.
Daha sonra Rusiya XİN başçısının müavini Mixail Qaluzin çıxış edib. O vurğulayıb ki, 2022-ci ildə Müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamənin imzalanması ilə Azərbaycan və Rusiya arasında münasibətlər yeni səviyyəyə yüksəlib, 2024-cü ilin avqustunda Rusiya Prezidentinin Azərbaycana dövlət səfəri isə ikitərəfli dialoqun mühüm mərhələsi olub.
Axşam konsert proqramı ilə davam edib.
Oxşar xəbərlər
Moskvada 28 May - Azərbaycanın Müstəqillik Günü münasibətilə tədbir keçirilib
Moskvada 28 May - Azərbaycanın Müstəqillik Günü münasibətilə tədbir keçirilib - FOTO
Azərbaycanın Baş naziri Moskvada Heydər Əliyevin xatirəsini anıb
Moskvada Heydər Əliyevin 100 illiyinə həsr olunmuş anım gecəsi
Moskvada Ümummilli lider Heydər Əliyevin xatirəsi anılıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Gecikənlər DİM-in açıqlamasını yalanladı - İmtahan qalmaqalı
-
Anaklaudia Rossbax: Bakıdakı WUF13 UN-Habitat tarixində ən böyük forum olub
-
Pentaqon Aya uçan ilk astronavtlardan birinin UNO ilə bağlı ifadələrini yayıb - FOTO
-
Daha bir itkin-şəhid dəfn ediləcək
-
AZAL Naxçıvana uçuşları ləğv etdi - SƏBƏB?
-
Nazir: Qırğızıstan zəlzələyədavamlı tikinti sahəsində Bakının təcrübəsini öyrənməkdə maraqlıdır - EKSKLÜZİV
