

Azərbaycan klublarına lisenziyalar təqdim olunub
2025/2026-ci illər lisenziyalaşdırma mövsümündə UEFA-nın kişilər və qadınlar arasında klub yarışlarında, Premyer Liqada, I Liqada və AFFA Yüksək Qızlar Liqasında iştirak etmək üçün lisenziya əldə edən klubların nümayəndələri ilə görüş keçirilib.
AFFA-nın inzibati binasında təşkil olunan təltifetmə mərasimində mövsümün yekunları, statistik göstəricilər, Klubların Lisenziyalaşdırılması Sistemi üzrə elektron platforma və növbəti mövsüm üçün lisenziyalaşdırma qaydalarında gözlənilən dəyişikliklər barədə məlumat verilib.
Tədbirin sonunda növbəti mövsümdə çıxış etmək üçün lisenziya əldə etmiş klublara AFFA-nın vitse-prezidenti Könül Mehdiyeva tərəfindən müvafiq lisenziyalar və geridə qalan mövsümdə Lisenziya Menecerləri üçün təşkil olunmuş imtahandan müvəffəqiyyətlə keçmiş klub əməkdaşlarına sertifikatlar təqdim edilib.
Oxşar xəbərlər
AFFA-nın Lisenziya Komissiyasının iclası keçirilib
AFFA-nın departament əməkdaşları UEFA-nın konfransında iştirak ediblər
AFFA rəsmisi Lisenziya Komissiyasının qərarlarına münasibət bildirib
Maliyyə menecerləri üçün seminar keçirilib
AFFA rəsmisi UEFA-nın iclasında iştirak edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Belçika və Aİ-dəki səfir: Azərbaycan beynəlxalq siyasətin məsuliyyətli iştirakçısı və regional liderdir
-
Azərbaycan Muay Tay Federasiyasının prezidenti Antalyada bıçaqlanıb - VİDEO - YENİLƏNİB
-
Abşeron kanalında lildən təmizləmə və su infrastrukturunun yenilənməsi işləri açıqlanıb
-
Maldiv Prezidenti Azərbaycan liderini təbrik edib
-
"Latsio" klubu Mauritsio Sarriyə 2027-ci ilə qədər müqavilə təklif edib
-
MN: Azərbaycan Ordusu Xəznəvar yaşayış məntəqəsi istiqamətində atəş açmayıb
