“Çelsi” UEFA Konfrans Liqasının qalibi olub
sizinxeber.az xəbər saytı

“Çelsi” UEFA Konfrans Liqasının qalibi olub


İngiltərənin “Çelsi” komandası UEFA Konfrans Liqasının finalında İspaniya təmsilçisi “Betis”i darmadağın edərək Avropanın üçüncü dərəcəli klub turnirinin qalibi olub.

“Report” xəbər verir ki, matç Polşanın Vrotslav şəhərində baş tutub.

“Zadəganlar”ın qollarını Entso Fernandes, Nikolas Cekson, Ceydon Sanço və Moyzes Kaysedo vurub. İspaniya komandasının heyətində isə Abde fərqlənib – 1:4.

Beləliklə, “Çelsi” ilk dəfə Konfrans Liqasının çempionu olub. Daha əvvəl London klubu Çempionlar Liqasını və Avropa Liqasını iki dəfə qazanıb.

Xatırladaq ki, 2023-cü ildə Londonun digər klubu sözügedən turnirin qalibi olmuşdu.

Oxşar xəbərlər

UEFA Konfrans Liqasının finalçıları bəlli olub
UEFA Konfrans Liqası: Bu gün yarımfinal mərhələsinin cavab oyunları keçiriləcək
UEFA Konfrans Liqasının 2024/2025 mövsümünün qalibi müəyyənləşəcək
"Çelsi" klubuna növbəti mövsüm üçün avrokubok turnirini seçmək hüququ verilə bilər
UEFA Konfrans Liqasında yarımfinalçılar bəlli olub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər