BMT-nin eksperti: Avropa mediasında qadınlar haqqında mənfi stereotiplər mövcuddur
Avropa mediasında qadınlar haqqında mənfi stereotiplər mövcuddur.
"Sizinxeber.az" xəbər verir ki, bunu beynəlxalq hüquq professoru, BMT-nin eksperti Bəhicə Camal (Bahija Jamal) Bakıda "İslamofobiya diqqət mərkəzində: Qərəzin ifşası, stiqmaların dağıdılması" mövzusunda keçirilən beynəlxalq elmi konfransı zamanı panel müzakirəsində deyib.
Ekspert çıxışına bəzi media subyektlərində qadınlara qarşı yazılmış neqativ xəbərlərin və fotoların əks olunduğu təqdimatı da daxil edib:
Onun sözlərinə görə, mediada qadınlar haqqında höküm sürən mənfi stereotiplər islamofobiyanın genişlənməsinə səbəb olur:
"Təqdimatda əks olunmuş fotolarda əyani mübaliğə var. Qadınların bu formada təqdim olunması heç də xoş qarşılanmır. Eləcə də müsəlman qadınların səsinin mediada eşidilməməsi təəssüf doğurur".
Oxşar xəbərlər
Qətər təmsilçisi: İslamofobiyanın təsirlərindən qadınlar da əziyyət çəkir
Deputat: Məktəblərdə islamofobiyanın qadınların həyatına təsiri barədə maarifləndirmə işləri aparılmalıdır
Belçika Müsəlman Şurasının sədri: Dünyada əksər qadınlar hicaba görə qısnamalara məruz qalır
Mərakeşli nümayəndə: Qərbdə islamofobiyanın geniş yayılması cahillikdən qaynaqlanır
Bakıda keçirilən beynəlxalq elmi konfransın iştirakçıları birgə xatirə fotosu çəkdiriblər
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













