Siyəzəndə avtoqəzada bir ailənin 4 üzvü xəsarət alıb » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
22 
may
2025
20:00

Siyəzəndə avtoqəzada bir ailənin 4 üzvü xəsarət alıb

22 may, 2025
20:00
613

Siyəzəndə avtoqəzada bir ailənin 4 üzvü xəsarət alıb

Bakı-Quba-Rusiya avtomobil yolunun Siyəzən rayonunun Zarat kəndindən keçən hissəsində yol-nəqliyyat hadisəsi baş verib.

"Sizinxeber.az"un Şimal bürosunun məlumatına görə, Siyəzən rayon sakini, 39 yaşlı Əkbərov Samir İlqar oğlunun idarə etdiyi "VAZ-2107" markalı minik avtomobili hərəkətdə olan zaman dəmir arakəsmələrə çırpılıb.

Hadisə nəticəsində sürücü, onun həyat yoldaşı 35 yaşlı Rəvanə, 16 yaşlı qızı Aysu və 10 yaşlı oğlu İ. xəsarət alaraq Siyəzən rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.

Bizimlə əlaqə saxlayın