“Aqroservis”in səhmdarlarının yığıncağının vaxtı dəyişdirilib
sizinxeber.az xəbər saytı

“Aqroservis”in səhmdarlarının yığıncağının vaxtı dəyişdirilib


Kənd Təsərrüfatı Nazirliyinə məxsus “Aqroservis” ASC-nin səhmdarlarının bu gün keçirilməsi nəzərdə tutulan növbəti ümumi yığıncağının vaxtı fevralın 17-i, saat 15:00-a təyin edilib.

“Sizinxeber.az” xəbər verir ki, yığıncaq Bakı şəhəri, Xətai rayonu, Süleyman Vəzirov küçəsi, 91 ünvanında olacaq.

Yığıncağın gündəliyinə səhmdar cəmiyətinin nizamnaməsində dəyişiklik edilməsi və digər məsələlər daxildir.

Xatırladaq ki, “Aqroservis” 2005-ci ildən fəaliyyət göstərən "Aqrolizinq" ASC-nin bazasında 2020-ci ildə yaradılıb. Şirkət kənd təsərrüfatı məhsulları istehsalçılarının, lizinq yolu ilə satılması istisna olmaqla, qanunla müəyyən edilmiş qaydada kənd təsərrüfatı istehsal vasitələri (kənd təsərrüfatı texnikası, texnoloji avadanlıq, o cümlədən suvarma sistemləri dəsti və avadanlığı, aqrokimyəvi maddələr, bitki mühafizəsi vasitələri, sertifikatlı toxum və ting) ilə təmin edilməsini, aqrotexniki xidmətlər göstərilməsini və bu sahədə fəaliyyətin təşkilini həyata keçirən kommersiya hüquqi şəxsidir.

Oxşar xəbərlər

“Aqroservis”in nizamnaməsində dəyişiklik ediləcək
“Aqroservis” nizamnamə kapitalının artırılması ilə bağlı auditor seçir
Məcnun Məmmədovun vətəndaş qəbulunun vaxtı dəyişdirilib
"Səba" ləğv olunur
Azərbaycanda balıqçılığa dövlət dəstəyi mexanizmləri tətbiq ediləcək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər