Xeyli miqdarda malların gömrük nəzarətindən yayındırılmasının qarşısı alınıb
Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları müxtəlif növ malların gömrük sərhədindən qanunsuz yolla keçirilməsinin qarşısını alıblar.
“Sizinxeber.az”un komitəyə istinadən verdiyi məlumata görə, Dubay-Bakı aviareysi ilə gələn Azərbaycan vətəndaşı "yaşıl kanal" vasitəsilə gömrük zonasını tərk edərkən əl və baqaj yüklərinə baxış keçirilməsi üçün inzibati binaya dəvət olunub.
Gömrük baxışı zamanı həmin şəxsə məxsus çamadan və bel çantasından gömrük orqanlarına bəyan edilməyən, 2 ədəd “İphone 15 Pro 128 GB” markalı mobil telefon, 3 ədəd planşet, 1 ədəd noutbuk, 4 ədəd “qulaqcıq”, 2 ədəd “Dyson” markalı fen, 350 ədəd müxtəlif növ telefon ekranı, 16 ədəd ətir aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Məhəmməd Salah Misir yığmasının yeni rekordçusu olub
-
DÇ-2026: Mbappe Fransa - İraq oyununda hesabı açıb - YENİLƏNİR
-
Azərbaycan və Türkmənistan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər
-
DÇ-2026: Argentina - Avstriya matçında ikinci hissə başlayıb - YENİLƏNİR-4
-
Filippində məktəbdə atışma olub, üç nəfər ölüb, beş nəfər yaralanıb
-
Avstraliyada bunkerdən 500 milyon avro dəyərində narkotik müsadirə olunub
