Ölkəyə qanunsuz yolla kommersiya təyinatlı malların gətirilməsinin qarşısı alınıb
sizinxeber.az xəbər saytı

Ölkəyə qanunsuz yolla kommersiya təyinatlı malların gətirilməsinin qarşısı alınıb


Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən tədbirlər nəticəsində Dubay-Bakı aviareysində paylaşılaraq sərnişinlər vasitəsilə gömrük qaydalarına riayət etmədən ölkəyə gətirilən müxtəlif növ malların hava limanının ərazisində onlardan toplanması faktı aşkar edilib.

Bu barədə Sizinxeber.az-ya ya DGK-nin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən məlumat verilib.

Sərnişinlərdən malları qəbul edən şəxs və onun idarə etdiyi nəqliyyat vasitəsi müəyyənləşdirilərək avtomobilə keçirilən baxış zamanı ölkə ərazisinə şəxsi əşya adı altında gətirilən kommersiya təyinatlı müxtəlif mallar - 7 ədəd “İphone” markalı mobil telefon, 13 ədəd mobil telefon ekranı, 7 ədəd qol saatı, aksiz markasız 38 ədəd elektron siqaret, 3 ədəd ştativ hüquqpozma predmeti kimi götürülüb.

Oxşar xəbərlər

Ölkəyə qanunsuz mobil telefon və aksesuarların gətirilməsinin qarşısı alınıb
Bakıda külli miqdarda aksiz markasız siqaret aşkar edilib - FOTO
Azərbaycan gömrükçüləri mobil telefon və planşetlər aşkar edib
Xeyli miqdarda malların gömrük nəzarətindən yayındırılmasının qarşısı alınıb
Bakıda mağazada külli miqdarda aksiz markasız elektron siqaret aşkar edilib - FOTO

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər