KOBİA rəsmisi: “AQC ölkə iqtisadiyyatında vacib seqmentlərdən biridir”
Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti (AQC) ölkə iqtisadiyyatında vacib seqmentlərdən biridir.
“Report” xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyəti sədrinin müavini Emil Hüseynli AQC-nin VIII hesabat-seçki konfransında deyib.
Onun sözlərinə görə, cəmiyyəti iqtisadiyyatın inkişafından, tənzimlənməsindən ayırmaq mümkün deyil: "Hər bir sahibkar biznes krediti alması üçün müraciət etdikdə, mütləq şərtdir ki, orada qiymətləndiricilərin bir rəyi olsun. Digər tərəfdən qiymətləndiricilər sahibkarlara dəyən ziyanın qiymətləndirilməsində, ümumiyyətlə, hər bir təsərrüfat subyektləri arasında münasibətlərin tənzimlənməsində çox vacib bir rol oynayır”.
Onun fikrincə, cəmiyyətin hesabatından da gördük ki, qurum tərəfindən nə dərəcədə çox geniş işlər görülüb: “Onun strategiyasını müəyyənləşdirib irəli aparılması üçün beynəlxalq münasibətlərin qurulmasında, ümumiyyətlə təşkilatlanmasında, ölkənin hər bir yerində əhatəli olmasında, cəmiyyətin sıralarının böyüməsində hansı tədbirlər həyata keçirilib".
Sədr müavini çıxışının sonunda nümayəndələri Vüqar Orucun sədrliyinə səs verməyə çağırıb.
Oxşar xəbərlər
Orxan Məmmədov: "KOB-ların "yaşıl transformasiyası" vacib məsələdir"
KOBİA-nın şirkəti nizamnamə kapitalını cüzi azaldır
Qiymətləndiricilər Cəmiyyəti Hesabat-Seçki Konfransı keçirir
KOBİA-nın sədri: "Azərbaycan beynəlxalq yaradıcı iqtisadiyyatın aktiv iştirakçısı ola bilər"
KOBİA ötən ili mənfəətlə başa vurub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Kredit götürənin sosial yardımı kəsiləcək? - VACİB AÇIQLAMA
-
İranda hərbi əməliyyatlar yenidən başlayır? - Netanyahu və Tramp nələri müzakirə etdilər?
-
Gecikənlər DİM-in açıqlamasını yalanladı - İmtahan qalmaqalı
-
Rövşən Nəcəf: "Sabah" klubunu ürəkdən təbrik edirəm
-
Azərbaycanın gülçə atıcısı Avropa çempionatında bürünc medal qazanıb
-
Ronaldo gümüş almaqdan imtina etdi
