Qarabağ və Şərqi Zəngəzurda yeni kiçik sahibkarlıq subyektlərinin sayı 35 % artıb
sizinxeber.az xəbər saytı

Qarabağ və Şərqi Zəngəzurda yeni kiçik sahibkarlıq subyektlərinin sayı 35 % artıb


2024-cü ildə Azərbaycanın işğaldan azad edilmiş ərazilərində 23 yeni kiçik sahibkarlıq subyekti yaradılıb ki, bu da 2023-cü illə müayisədə 35,3 % çoxdur.

"Sizinxeber.az" bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, ötən ilin sonuna ölkə üzrə fəaliyyət göstərən 212 705 kommersiya təşkilatlarının 5,7 %-i və yaxud 12 026-sı mikro sahibkarlıq subyeki olub.

Bu, əvvəlki ilin sonuna nisbətən 2 317 vahid və yaxud 23,9 % çoxdur.

Hesabat tarixinə kiçik sahibkarlıq subyektlərinin 73 %-i və yaxud 87 82-si Bakıda fəaliyyət göstərib. Bu, illik müqayisədə 29,4 % çoxdur. Bundan başqa, Qarabağ iqtisadi rayonunda 197 (8,2 % çox), Şərqi Zəngəzur iqtisadi rayonunda isə 51 (15,9 % çox) kiçik sahibkarlıq subyekti olub.

Oxşar xəbərlər

Azad edilən ərazilərdə sahibkarlıq subyektlərinin sayı açıqlanıb
İşğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən sənaye müəssisələrinin sayı 26 % artıb
Nazir əvəzi: "Naxçıvanda KOB subyektlərinin sayı bu il 57 % artıb"
Azərbaycanda daşınar əmlaka dair yüklülük bildirişlərinin sayı kəskin artıb
Azad edilmiş ərazilərdə yeni yaradılmış iş yerlərinin sayı açıqlanıb - SİYAHI

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər