Azərbaycanda yeni verilən "ASAN İmza" sertifikatlarının sayı 17 % azalıb
Bu ilin yanvar ayında Azərbaycanda 46 326 "ASAN İmza" elektron imza sertifikatı verilib.
Bu barədə "Report"a İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib.
Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 16,9 % azdır.
Hesabat dövründə "ASAN İmza"lar 30 983 müraciət üzrə təqdim olunub ki, bu da 1 il əvvələ nisbətən 5,7 % azdır.
"ASAN İmza" elektron imza sertifikatlarının üç növü var: fiziki şəxslər (vətəndaşlar), hüquqi şəxslər və sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər və dövlət qulluqçuları üçün elektron imza sertifikatları. Fiziki şəxslər üçün elektron imza sertifikatları şəxsi istifadə üçün nəzərdə tutulub. Hüquqi şəxslər və sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər, həmçinin dövlət qulluqçuları üçün nəzərdə tutulan elektron imza sertifikatları isə kommersiya və ya dövlət təşkilatını təmsil etmək və onun adından çıxış etmək səlahiyyətləri verir.
Sertifikatlar 3 il etibarlıdır.
Oxşar xəbərlər
Azərbaycanda yeni verilən "ASAN İmza" sertifikatlarının sayı 42 %-ə yaxın artıb
Azərbaycanda yeni verilən "ASAN İmza" sertifikatlarının sayı 51 %-ə yaxın artıb
Naxçıvanda yeni verilən "ASAN İmza" sertifikatlarının sayı 20 %-dən çox azalıb
Azərbaycanda 7 ayda 372 min "ASAN İmza" sertifikatı verilib
Azərbaycanda 8 ayda 416 min "ASAN İmza" sertifikatı verilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













