Azərbaycanın TDT ölkələri ilə 11 aylıq ticarət dövriyyəsinin dəyəri məlum olub
sizinxeber.az xəbər saytı

Azərbaycanın TDT ölkələri ilə 11 aylıq ticarət dövriyyəsinin dəyəri məlum olub


Bu ilin yanvar-noyabr aylarında Azərbaycanın Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrlə ticarət dövriyyəsinin dəyəri 6,3 milyard ABŞ dolları təşkil edib.

"Report" xəbər verir ki, bunu iqtisadiyyat nazirinin I müavini Elnur Əliyev Bakıda keçirilən Türk Ticarət və Sənaye Palataları Birliyinin Baş Assambleyasında bildirib.

Onun sözlərinə görə, bunun 3,7 milyard ABŞ dolları Azərbaycanın ixracının payına düşüb.

"Hesab edirəm ki, ixrac potensialımız daha çoxdur və bu istiqamətdə reallaşdırılan təşəbbüslərin səmərəliliyini artırmalıyıq", - deyə Azərbaycan rəsmisi qeyd edib.

O əlavə edib ki, bu xüsusda Orta Dəhlizin vacibliyi önə çıxır: "Türk dövlətlərinin birgə icra etdiyi layihələr və ticarətin asanlaşdırılması üzrə islahatlar Orta Dəhlizin rəqəmsallaşdırılmasını artırır. Bu da öz növbəsində regionda yük daşımalarına və ticarətin dinamikasına müsbət təsir göstərir. Enerji və nəqliyyat sahələrindəki əməkdaşlığımız təkcə türk dövlətlərinin yerləşdiyi regionda deyil, eləcə də qlobal müstəvidə əhəmiyyətli dəyişikliklərə səbəb olub. Birgə reallaşdırılan nəhəng enerji layihələri regional enerji mənzərəsini yenidən formalaşdırıb və Avropanın ənənəvi enerji mənbələrindən asılılığını azaldıb".

Oxşar xəbərlər

Azərbaycan və TDT ölkələrinin qarşılıqlı investisiya qoyuluşunun məbləği açıqlanıb
Azərbaycan 11 ayda 23 milyard kubmetrdən çox təbii qaz ixrac edib
Azərbaycan 10 ayda 21 milyard kubmetrdən çox təbii qaz ixrac edib
Türkiyə şirkətləri işğaldan azad edilmiş ərazilərdə 2 milyard dollarlıq iş görüb
Gürcüstanın Azərbaycanla ticarət dövriyyəsi 1 milyard ABŞ dollarını ötüb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər