Azərbaycan və TDT ölkələrinin qarşılıqlı investisiya qoyuluşunun məbləği açıqlanıb
- 26-12-2024, 12:00
- İqtisadiyyat / Biznes
- 0
- 936
1995-2024-cü illərdə Azərbaycanın Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrlə qarşılıqlı investisiya qoyuluşunun məbləği təxminən 37 milyard ABŞ dolları təşkil edib.
"Sizinxeber.az" xəbər verir ki, bunu iqtisadiyyat nazirinin I müavini Elnur Əliyev Bakıda keçirilən Türk Ticarət və Sənaye Palataları Birliyinin Baş Assambleyasında bildirib.
Onun sözlərinə görə, bunun təxminən 17 milyard ABŞ dolları TDT ölkələrinin Azərbaycana, təxminən 20 milyard ABŞ dolları isə Azərbaycanın TDT ölkələrinə investisiya qoyuluşunun payına düşüb.
"Biz bütün türk dövlətləri ilə sərmayələrin təşviqi və qorunması barədə razılaşmalar imzalamışıq, bu da əlaqələrimizi daha da gücləndirmək və genişləndirmək üçün hüquqi zəmin yaradır", - deyə Azərbaycan rəsmisi qeyd edib.
E.Əliyev vurğulayıb ki, işgüzar tərəfdaşlıq perspektivləri daha böyükdür: "Orta Dəhliz, həmçinin Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, Bakı-Tbilisi-Qars dəmir yolu xətti və digər layihələr investisiya əməkdaşlığımızın maksimum reallaşdırılmasına əlavə imkanlar açır".
"Azərbaycanın "2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası"nda ölkəmizin regional haba və elektron ticarət mərkəzinə çevrilməsi, tranzit yükdaşıma və logistika əməliyyatlarının həcminin artırılması üzrə hədəflər var. Bunu nəzərə alaraq biz nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi məqsədilə kompleks tədbirlər həyata keçiririk. Bu müstəvidə, xüsusi iqtisadi zonalar, o cümlədən Ələt Azad İqtisadi Zonası (AFEZ) və sənaye zonaları strategiyamızın əsas istiqamətlərindən biridir. Ümumi sahəsi 6 500 hektar olan AFEZ rezidentləri üçün vergi güzəştləri və qazancın sərbəst şəkildə repatriasiya olunmasını təmin etməklə ixrac məqsədli yüksək dəyərli məhsullar istehsal etməyi hədəfləyən investorlara geniş imkanlar vəd edir",- deyə o əlavə edib.


width="220" alt="Azərbaycanın TDT ölkələri ilə 11 aylıq ticarət dövriyyəsinin dəyəri məlum olub" />
width="220" alt="Azərbaycan Türkiyə iqtisadiyyatına 20 milyard dollara yaxın pul qoyub" />
alt="Ukraynada qələbə planı: “Zelenskiyə bütün meydanlarda abidə qoyulacaq” – nüfuzlu deputatdan sensasiyalı bəyanat" />
alt="Bu ölkənin viza qiyməti artdı" />
alt="Baydenin imzaladığı bu sənədlər ləğv ediləcək - Tramp" />
alt="Dieqo Maradona barədə cizgi serialı çəkiləcək" />
alt="Baş nazir: "Türkiyədəki 870 MVt-lıq elektrik stansiyasının alqı-satqısına dair sənəd imzalanacaq"">
alt="Milli Məclis Enerji Effektivliyi İnformasiya Sisteminin yaradılmasını son oxunuşda qəbul edib">
alt="Prezident İlham Əliyevə təbriklər gəlməkdə davam edir">
alt="Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz Azərbaycana səfərə gəlib">
width="290" alt="Sahibə Qafarova: Avropa Parlamenti beynəlxalq hüququn prinsiplərinə zidd olan qərəzli praktikasını davam etdirib" />
width="290" alt="Leyla Əliyeva "ASAN Məktub" sosial proqramının 10 illiyinə həsr olunan tədbirdən paylaşım edib" />
width="290" alt="Milli Məclisin bugünkü iclasının gündəliyi dəyişib" />
width="290" alt="Leyla Əliyeva Heydər Əliyevin anım günü ilə bağlı paylaşım etdi" />
width="290" alt="Alyona Əliyeva: "Heydər Əliyevin anım günündə onun xalqımız üçün gördüyü misilsiz xidmətləri dərin ehtiramla yad edirik"" />
width="290" alt="Prezident İlham Əliyev Heydər Əliyevin anım günü ilə bağlı paylaşım edib" />