Azər Əmiraslanov: “Alkoqollu içki istehsalı sahəsində qanunsuz sahibkarlıq aradan qaldırılacaq"
Azərbaycanda alkoqollu içkilərin pərakəndə satışının minimum qiymətinin müəyyən olunması bu sahədə qanunsuz sahibkarlığı aradan qaldırmağa töhfə verəcək.
“Report” xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov rəhbərlik etdiyi komitənin iclasında - “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsinin müzakirəsi zamanı bildirib.
"Bu yenilik uçot məsələsinin qaydaya salınmasına, istehsalçıların maraqlarının qorunmasına da imkan verəcək. Keyfiyyətsiz, standartlara cavab verməyən alkoqollu içkilər insan sağlamlığına mənfi təsir göstərir. Bu qanun layihəsinin məqsədlərindən biri də xəstəliklərin azalmasıdır”, - deyə o qeyd edib.
Oxşar xəbərlər
Azərbaycanda alkoqollu içkilərin pərakəndə satışının minimum qiyməti müəyyən olunacaq
Alkoqollu içkilərin pərakəndə satışının minimum qiyməti müəyyən olunacaq
Alkoqollu içkilərin minimum qiymətinə dair qanunvericiliyə təklif edilən dəyişikliyin səbəbi məlum olub
Alkoqollu içkiləri minimum qiymətindən aşağı satanlar məsuliyyətə cəlb olunacaq
VII çağırış Milli Məclisin komitələri formalaşdırılıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













