İrandan Bolqarıstana narkotik vasitə aparan sürücü Naxçıvanda saxlanılıb
sizinxeber.az xəbər saytı

İrandan Bolqarıstana narkotik vasitə aparan sürücü Naxçıvanda saxlanılıb


Dövlət Gömrük Komitəsinin Naxçıvan Baş Gömrük İdarəsinin “Şahtaxtı” gömrük postunda Azərbaycan ərazisindən tranzit keçməklə İrandan Bolqarıstana “şüşə” yükü aparan nəqliyyat vasitəsinə stasionar rentgen qurğusu vasitəsilə baxış keçirilib və monitorda şübhəli təsvirlər müşahidə olunduğundan əsaslı yoxlamaya cəlb edilib.

"Sizinxeber.az" Komitəyə istinadən xəbər verir ki, yoxlama zamanı nəqliyyat vasitəsinin kabinindəki yatağın içərisində xüsusi düzəldilmiş bölmədə gizlədilən 7 bükümdə ümumi təmiz çəkisi - 1 kq 508,075 qram narkotik vasitə - qurudulmuş marixuana və 24 bükümdə ümumi təmiz çəkisi - 7 kq 882,581 qram narkotik vasitə - həşiş aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Oxşar xəbərlər

İrandan Türkiyəyə narkotik aparan sürücü Naxçıvanda saxlanılıb
Astarada İrandan Rusiyaya meyvə aparan maşında 76 kq narkotik aşkar edilib - FOTO
İrandan Rusiyaya “gavalı və üzüm” aparan avtomobildən 76 kiloqramdan çox narkotik aşkar edilib
İrandan Rusiyaya daşınan külli miqdarda narkotik vasitə aşkar edilib
Astarada İrandan Rusiyaya göndərilən 10 minə yaxın narkotik həb aşkarlanıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər