SESRIC-in Baş direktoru: "Azərbaycan halal sənayesi üzrə TOP-10 ölkələr sırasına daxil ola bilər"
sizinxeber.az xəbər saytı

SESRIC-in Baş direktoru: "Azərbaycan halal sənayesi üzrə TOP-10 ölkələr sırasına daxil ola bilər"


Azərbaycan halal sənayenin aparıcı ölkələri sırasına daxil ola bilər.

“Sizinxeber.az” xəbər verir ki, bunu İslam Ölkələrinin Statistik, İqtisadi və Sosial Araşdırmalar və Təlim Mərkəzinin (SESRIC) Baş direktoru Zehra Zümrüt Selçuk Bakıda keçirilən Halal Biznes və Turizm Forumunda (AZHAB Forum) deyib.

"Dünya üzrə halal sənayelərin 94 %-i 10 ölkənin payına düşür. Azərbaycanın geniş potensial və fürsətləri nəzərə alaraq onun bu ölkələr sırasına daxil ola biləcəyini deyə bilərik. Məsələyə daha geniş prizmadan baxmış olsaq, bu halal sektorun yaxın gələcəkdə inkişafını təmin etmək üçün təlim kurslarına, vebinarlara, potensial artırma proqramlarına, müvafiq bilik infrastrukturunun yaradılmasına, nou-hauların ötürülməsinə xüsusi önəm verilməlidir. Eyni zamanda halal sənayesinə sadəcə iqtisadi faktor kimi baxmaq da düzgün olmazdır. Belə ki, o, bizim önəmli adət və ənənələrimizi, mədəni kimliyimizi təmsil və tərənnüm edir", - deyə o qeyd edib.

Oxşar xəbərlər

Orxan Məmmədov: "Azərbaycan regional halal sənaye üçün potensial bir mərkəzə çevrilə bilər"
İrşad Kader: “Azərbaycan halal turizm istiqaməti üzrə 20-ci yerdə qərarlaşıb”
Məmməd Musayev: "Bu gün halal investisiya alətləri ətrafında dialoqlar gücləndirilməlidir"
Oktyabrda Azərbaycanda ilk dəfə Halal Biznes Forumu keçiriləcək
Məcnun Məmmədov: "Halal ərzaq istehsalına maraq və tələb artmaqdadır"

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər