Azərbaycanda Gömrük Forumu keçiriləcək
Bu ilin dekabr ayında Azərbaycanda Gömrük Forumu keçiriləcək.
"Sizinxeber.az" xəbər verir ki, bu barədə Azərbaycan Sahibkarlar Təşkilatları Milli Konfederasiyası prezidentinin müşaviri Ziya Hacılı Bakıda "KOB-lar üçün imkanlar, mövcud vəziyyət və çağırışlar" mövzusunda keçirilən Azərbaycan Ticarət Forumunda bildirib.
"Konfederasiya gömrük orqanları ilə birgə fəaliyyəti davam etdirir. Yaradılmış sahibkarlıq şuralarında qaldırılan məsələlər həllini tapır. Bu dialoq forması kimi bu ilin dekabrında keçiriləcək Gömrük Forumunun faydalı olacağına əminik", - o qeyd edib.
Z. Hacılının sözlərinə görə, Azərbaycanda 27 milyard manat təşkil edən ümumi kredit portfelinin 4 milyard manatı və ya 14 %-i ticarət sektorunun payına düşür: "Odur ki, bu sahə əhalinin məşğulluğunun təmin edilməsində mühüm əhəmiyyət kəsb edir. Azərbaycanda iqtisadiyyatın liberallaşdırılması istiqamətində böyük işlər görülüb".
Oxşar xəbərlər
Azərbaycanda gömrük orqanlarının xətti ilə büdcə daxilolmaları 7 %-ə yaxın artıb
Azərbaycan Ticarət Forumunun elektron platforması fəaliyyət göstərəcək
Sahibkarlar gömrük rəsmiləşdirməsinin optimallaşdırılmasını təklif edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Məhəmməd Salah Misir yığmasının yeni rekordçusu olub
-
Darren Beyzli: "Misirlə matçın ilk hissəsində yaxşı oynadıq"
-
DÇ-2026: Mbappe Fransa - İraq oyununda hesabı açıb - YENİLƏNİR
-
Filippində məktəbdə atışma olub, üç nəfər ölüb, beş nəfər yaralanıb
-
Yasamal və Nizami rayonlarının bəzi ərazilərində işıq olmayacaq
-
Azərbaycan və Türkmənistan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər
