“Yango” taksi sürücülərini lisenziya almağa stimullaşdırır və yeni bonus proqramına start verir
"Yango" onlayn taksi sifarişi servisi Azərbaycanda lisenziyalı avtomobillərin sürücülərini dəstəkləmək üçün yeni bonus proqramına start verib.
Artıq servisdə bonuslar lisenziyalı avtomobillərə veriləcək ki, bu da buraxılış kartı əldə etmiş sürücülər üçün əlavə üstünlük yaradır.
“Hesab edirik ki, taksi sürücüləri mütləq şəkildə avtomobilləri üçün lisenziya almalı, onlayn servislər isə buna fəal şəkildə şərait yaratmalıdır”, - servisdən bildirilib.
Bonus proqramı çərçivəsində lisenziyalı avtomobili olan sürücülər həftədə 150 AZN-dək, lisenziyalı brend avtomobili olan sürücülər isə həftədə 170 AZN-dək əlavə qazanc əldə edə biləcəklər. Bonus proqramında iştirak etmək üçün "Yango" tərəfdaşlarının sürücüləri "Yango" sürücü tətbiqi vasitəsilə lisenziyanın fotoşəkil yoxlanışından keçməlidirlər.
Xatırladaq ki, daha əvvəl “Yanqo” servisi taksi minik avtomobilləri ilə sərnişin daşıma qaydalarına riayət etmək üçün avtomobillərin sənədlərinə fotonəzarət, nəqliyyat vasitələrinin AYNA-nın buraxılış kartı məlumat bazası vasitəsilə yoxlanması və gedişdən sonra sərnişinlərin rəylərinin öyrənilməsi kimi tədbirlər tətbiq edir.
Oxşar xəbərlər
"Yango" istifadəçiləri səfərlərin 95 %-ni 5 "ulduz"la qiymətləndirib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
DÇ-2026: Uruqvay - Kabo Verde oyununda hesab yenidən bərabərləşib - YENİLƏNİR-6
-
"Axios" ABŞ və İran arasında İsveçrədə keçirilən danışıqların təfərrüatlarını açıqlayıb
-
Məhəmməd Salah Misir yığmasının yeni rekordçusu olub
-
Darren Beyzli: "Misirlə matçın ilk hissəsində yaxşı oynadıq"
-
DÇ-2026: Belçika millisi İranla heç-heçə edib
-
Azərbaycan və Türkmənistan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər
