Alya Abbaszadə: "Technovate-Sabah Mələk İnvestorlar Klubu" qlobal startaplara 200 min dollar yatırıb"
"Technovate-Sabah Mələk İnvestorlar Klubu" indiyədək qlobal startaplara 200 min ABŞ dolları məbləğində sərmayə yatırıb.
"Sizinxeber.az" xəbər verir ki, bunu Klubun icraçı direktoru Alya Abbaszadə ADA Universitetində "Technovate-Sabah Mələk İnvestorlar Klubu" və "Pegasus Ventures" tərəfindən Azərbaycanda ilk dəfə təşkil olunacaq startaplar üzrə dünya çempionatının ("Startup World Cup") regional mərhələsinin açılış mərasimində bildirib.
O qeyd edib ki, hazırda klubun 150-dən çox üzvü var: "Əsas məqsəd investisiya qoyuluşunu artırmaq, innovasiyaları təşviq etmək və bütün dünyada sahibkarlara dəstək olmaqdır. Biz sadəcə ödəniş üçün çek yazmaq istəmirik, hekayələr yazmaq, transformasiya yaratmaq istəyirik. Arzumuz bu investisiyaları milyardlarla dollara çevirmək, cəmiyyətimizə, iqtisadiyyatımıza və dünyaya qalıcı təsirlər buraxacaq yüzlərlə uğur hekayəsinin şahidi olmaqdır".
Bu istiqamətdə təhsilin mühüm rolunu diqqətə çatdıran A. Abbaszadə klub üzvlərinin Mələk İnvestor Məktəbində xarici mütəxəssislər tərəfindən startaplar və investisiyalar üzrə təhsil aldığını vurğulayıb.
Oxşar xəbərlər
Nazir: Türkiyədə terrorun kökünü kəsəcəyik
ABB-nin tərəfdaşlığı ilə “Startup World Cup” yarışması keçiriləcək
“Startup World Cup” tədbiri Azercell-in tərəfdaşlığı ilə baş tutacaq
“Qəbələ” klubu daha bir legionerlə anlaşıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Rusiyanın hərbi təyyarəsi İrkutsk yaxınlığında qəzaya uğrayıb
-
"Moody's" ABB-nin kredit reytinqini təsdiqləyib - YENİLƏNİB
-
"Moody's" ABB-nin kredit reytinqini təsdiqləyib
-
Sumqayıtda Qurd dərəsi adlanan ərazidə ev yanıb
-
Lukas Qrabauskas "Sabah" basketbol klubunun idman direktoru təyin olunub
-
Bəzi rayonlara intensiv yağış yağır - FAKTİKİ HAVA
