AZAL-ın payız-qış cədvəli: 50-dən çox istiqamət və səyahətlər üçün yeni imkanlar » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
22 
avq
2024
16:30
0
0
1 718

AZAL-ın payız-qış cədvəli: 50-dən çox istiqamət və səyahətlər üçün yeni imkanlar

22 avq, 2024
16:30
1 718

AZAL-ın payız-qış cədvəli: 50-dən çox istiqamət və səyahətlər üçün yeni imkanlar

Milli aviadaşıyıcı "Azərbaycan Hava Yolları" QSC (AZAL) 2024–2025-ci illər üzrə payız-qış uçuş cədvəlini açıqlayıb.

"Sizinxeber.az" xəbər verir ki, cədvələ AZAL-ın genişləndirilmiş marşrut şəbəkəsinin 50-dən çox istiqaməti, o cümlədən Naxçıvan və Füzuli şəhərlərinə reyslər daxildir.

Cədvəl 2024-cü ilin oktyabrının sonundan qüvvəyə minəcək və 2025-ci ilin martına qədər davam edəcək. Biletlərin satışı artıq başlayıb.

Əgər qış mövsümündə istidən zövq almaq istəyirsinizsə, AZAL Dubaya, Şarm-əl-Şeyxə, Antalyaya, Ciddəyə, Dammama reyslər təklif edir.

Qış tətilinə üstünlük verənlər üçün Soçiyə, Mineralnıye Vodıya, Almatıya, Vyanaya dağ xizək kurortlarına reyslər mövcuddur. Eləcə də, Yeni ildə Moskvaya, Sankt-Peterburqa, Praqaya, Berlinə, Astanaya və AZAL marşrut şəbəkəsində təqdim edilən digər şəhərlərə də yola düşmək olar. Tələb olunan tarixlərdə reyslərdə yerinizi təmin etmək üçün biletləri əvvəlcədən bron etməyiniz tövsiyə olunur.

Yay mövsümündə olduğu kimi, bu mövsümdə də AZAL Avropaya, o cümlədən, Praqaya, Berlinə, Barselonaya, Vyanaya, Parisə, Londona və Kişineuya uçuşların genişləndirilmiş proqramını təklif edir. Aviaşirkətin Bakıdan Rusiyanın 13 şəhərinə və Türkiyənin 5 şəhərinə reysləri mövcuddur.

Asiyaya səyahətlər üçün Çinə, Hindistana, Pakistana, Qazaxıstana və Özbəkistana reyslər mövcuddur. Daha çox uçuş tezliyi Bakıdan Moskvaya, İstanbula, Dubaya, Tbilisiyə planlaşdırılıb.

Payız-qış mövsümü üçün nəinki elə indi bilet sifariş etmək, həm də, qidalanma, normadan artıq yükün daşınması, eləcə də xüsusi daşınma növləri kimi əlavə xidmətləri sifariş etmək olar.

Aviaşirkətin rəsmi www.azal.az saytında cədvəli, uçuş şərtlərini dəqiqləşdirmək və bilet əldə etmək, eləcə də əlavə xidmətləri sifariş etmək olar.

Biletləri aviaşirkətin rəsmi www.azal.az saytında, yenilənmiş mobil tətbiqi vasitəsilə, eləcə də “Azərbaycan Hava Yolları”nın kassalarında və akkreditasiya olunmuş agentliklərində əldə etmək olar.

AZAL-ın mobil tətbiqini https://bit.ly/azal-app keçidindən yükləmək olar.

Bizimlə əlaqə saxlayın