Azərbaycan tikinti materiallarına dair yeni dövlət standartlarını qəbul edib
sizinxeber.az xəbər saytı

Azərbaycan tikinti materiallarına dair yeni dövlət standartlarını qəbul edib


Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) tikinti materialları sahəsinə dair 23 yeni dövlət standartı qəbul edib.

"Report" bu barədə Dövlət Agentliyinə istinadən xəbər verir.

Məlumata görə, yeni dövlət standartlarının tətbiqində məqsəd tikinti materialları, məmulatları və konstruksiyalarının keyfiyyət tələblərini müasir tələblərə uyğunlaşdırmaqdan ibarətdir.

Həmin dövlət standartlarının layihələri "Tikinti materialları, məmulatları və konstruksiyaları"nın standartlaşdırılması üzrə Texniki Komitənin (AZSTAND/TK 10) iclasında qəbul olunub və Standartlaşdırma üzrə normativ sənədlərin Dövlət Fonduna daxil edilib.

Sözügedən dövlət standartları "Milli standartlaşdırma sisteminin beynəlxalq tələblərə uyğunlaşdırılmasına dair 2023–2025-ci illər üçün Dövlət Proqramı" çərçivəsində qəbulu nəzərdə tutulan "Tikinti materiallarının, məmulat və konstruksiyalarının təhlükəsizliyi haqqında" texniki reqlamentin istinad standartları sırasına daxildir.

Oxşar xəbərlər

Azərbaycanda toxuculuq sahəsində yeni dövlət standartı qəbul edilib
Azərbaycanda keramik dam örtüyü plitələrinə dair dövlət standartları qəbul edilib
Azərbaycanda tekstil avadanlıqları sahəsində yeni dövlət standartları qəbul edilib
Azərbaycan plastik boru kəmərləri üzrə yeni dövlət standartları qəbul edib
Azərbaycanda tikinti materiallarının təhlükəsizliyi haqqında milli texniki reqlament hazırlanır

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər